Tarix diyarşünaslıq muzeyinə ekskursiya
23.10.2023-cü il tarixdə ADPU-nun Ağcabədi filialının “Tarix müəllimliyi” ixtisasının l tədris ilinin tələbələri “Arxeologiya və Etnoqrafiyanın əsasları” fənni üzrə Ağcabədi rayon Tarix diyarşünaslıq muzeyində tədris ekskursiyasında olublar. Ekskursiya çərçivəsində tələbələr Azərbaycanın qədim, orta əsr arxeoloji abidələrindən tapılmış maddi mədəniyyət nümunələrilə əyani şəkildə tanış olublar. Onlara eksponatlar haqqında ətraflı məlumatlar çatdırılıb.
Həmçinin 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Ağcabədi şəhərinə atılmış qadağan olunmuş silah qalıqları ilə yerində tanış olublar.
“Polisə dəstək” İctimai birliyi tərəfindən tədbir keçirilib.
23.10.2023-cü il tarixdə ADPU-nun Ağcabədi filialında Azərbaycan Respublikasının Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Polisə dəstək” İctimai birliyi tərəfindən “İnsan alveri ilə mübarizə sahəsində maarifləndirmə və məlumatlandırma üzrə təşəbbüslər” layihəsinin icrasının həyata keçirilməsi istiqamətində tədbir keçirilib.
“Bərdə Kitab Evi”-nin VI Kitab Sərgi-yarmarkası keçirilib.
19.10.2023-cü il tarixdə ADPU-nun Ağcabədi filialında “Bərdə Kitab Evi”-nin VI Kitab Sərgi-yarmarkası keçirilib.
18 Oktyabr Müstəqilliyin bərpasının 32-ci ildönümü
2024-2030-cu illər üzrə Strateji İnkişaf Planınının hazırlanması
Ağcabədi filialı üzrə 2022-2023-cü tədris ili yaz imtahan sessiyasında ən yüksək ÜOMG-ya sahib olan 10 tələbə:
1. Nağıyeva Aysu Sənan qızı.
Qrup: AZD2101B
ÜOMG: 100
2. Həsənli İlkanə Elçin qızı.
Qrup: TSPX2001B
ÜOMG: 100
3. Əliyeva Nuray Elşən qızı .
Qrup: TSPX2001B
ÜOMG: 100
4. Aslanlı Səbinə Fikrət qızı.
Qrup: İBT2001B
ÜOMG: 99,83
5. Orucova Gülşən Hafiz qızı.
Qrup: AZD2101B
ÜOMG: 99,53
6. ƏsədovaTəhminə Sərdar qızı.
Qrup: RİN1901B
ÜOMG: 99,16
7. İsmayılova Ləman Hasil qızı .
Qrup: TSPX2101B
ÜOMG: 99,1
8. Nadirli Gülnar İltifat qızı .
Qrup: İBT2002B
ÜOMG: 98,83
9. Səlimova Gülər Mahir qızı.
Qrup: XDM2201B
ÜOMG: 97,76
10. Şirinli Nərminə Rafiq qızı.
Qrup: AZD2002B
ÜOMG: 97,73
ADPU-nun Ağcabədi filialında “Məzun Günü” keçirilib
22 iyun 2022-ci il tarixdə ADPU-nun Ağcabədi filialında “Məzun Günü” münasibətilə tədbir keçirilib. Tədbirdə bu il məzun olan “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Tarix və coğrafiya müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi”, “İbtidai sinif müəllimliyi” və “Məktəbəqədər təlim və tərbiyə” ixtisasının məzunları, valideynlər, ötən illərdə filialın məzunu olmuş örnək təhsil işçiləri, filialın professor-müəllim heyəti və media nümayəndələri iştirak edirdilər.
Tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş oğullarımızın müqəddəs ruhları bir dəqiqəlik sükütla yad edildi. Sonra Dövlət Himni səsləndirildi.
Tədbir iştirakçılarını, xüsusilə fəxri qonaqlar və valideynləri böyük səmimiyyətlə salamlayan filialın direktoru, dosent Mobil Məcidov məzunlara öz ürək sözlərini söyləyərkən, onların təhsil əldə etməsində filial əməkdaşları qədər valideynlərinin də əməyinin olduğunu vurğuladı və bildirdi ki, “Təhsil millətin gələcəyidir” – deyən Ulu Öndər Heydər Əliyevin təhsil ictimaiyyətinə verdiyi bu mesajı həmişə əməli fəaliyyətimizdə unutmur və millətimizin tərəqqisi, gənclərimizin elm və təhsil sahəsində uğur əldə etməsi naminə vicdanla çalışmağı özümüzə borc bilirik.
“Məzun Günü”ndə filialın müvafiq ixtisasları üzrə bir qrup məzunu filial direktorunun əmrinə əsasən “Təhsildə əldə etdiyi uğurlara görə” və “Filialın mədəni-kütləvi və ictimai təbirlərində yaxından iştirakına görə” fəxri diplomları ilə təltif olundular.
Tədbirdə çıxış edən qonaqlar və məzunlar ADPU-nun Ağcabədi filialında yaradılan örnək təhsil mühiti və uğurla həyata keçirilən imtahan sessiyasının təşkilinə görə filial rəhbərliyinə sonsuz minnətdarlıq ifadə etdilər.
Rəsmi hissədən sonra tədbir müsiqili-əyləncəli proqramla davam etdirildi.












































