






Psixologiya Elmi-Tədqiqat İnstitutunda 2024–2025-ci tədris ili üzrə əlavə təhsil proqramının Məzun Günü keçirilib
Psixologiya Elmi-Tədqiqat İnstitutunda 2024–2025-ci tədris ili üzrə əlavə təhsil proqramının Məzun Günü keçirilib
26 iyul 2025-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda 2024–2025-ci tədris ili üçün “Psixologiya” ixtisası üzrə əlavə təhsil (yenidənhazırlanma) proqramını uğurla başa vuran tələbələrin Məzun Günü münasibətilə təntənəli mərasim təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca ümummilli lider Heydər Əliyevin, eləcə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov çıxış edərək məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, əlavə təhsil (yenidənhazırlanma) proqramının ölkədə psixoloq kadr potensialının formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini, bu proqramın əsas məqsədinin psixologiya sahəsində müasir bilik və bacarıqlara malik, peşəkar mütəxəssislər hazırlamaq olduğunu qeyd edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının direktoru, dosent Mobil Məcidov çıxış edərək Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbərliyinə və tədris heyətinə təşəkkürünü bildirib, məzunlara uğurlar arzulayıb.
Daha sonra institutun Ümumi və eksperimental psixologiya şöbəsinin müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Əliyev çıxış edərək bu imkanların yaradılmasına görə institut rəhbərliyinə təşəkkürünü bildirib, tələbələrin əzmkarlığını və inkişaf istəklərini yüksək qiymətləndirdiyini vurğulayıb.
Tədbirdə çıxış edən uzman klinik psixoloq Narınc Rüstəmova da məzunları səmimi qəlbdən təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb, proqramın əhəmiyyətindən danışaraq belə təşəbbüslərin psixologiya sahəsində müsbət dəyişikliklərə töhfə verəcəyini qeyd edib.
İnstitutun Əlavə təhsil və innovasiyalar şöbəsinin müdiri Ülviyyə Nəhmətova çıxışında tələbələrlə keçirdiyi tədris prosesinin və birgə xatirələrin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib, məzunların gələcək fəaliyyətlərində onlara uğurlar arzu edib.
Tədbir çərçivəsində tələbələr tərəfindən hazırlanmış “Psixoloqun ilk seansı” adlı səhnəcik təqdim olunub. Ardınca məzunlar və onların valideynləri çıxış edərək təəssüratlarını bölüşüb, təşkilatçılığa və tədrisin keyfiyyətinə görə institut rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq məqsədimiz elmi biliklərlə praktik ehtiyacları birləşdirən, beynəlxalq səviyyədə rəqabətə davamlı və yerli kontekstə uyğunlaşdırılmış psixoloji yanaşmaları inkişaf etdirmək, psixologiya sahəsində ölkəmizin intellektual potensialını daha da gücləndirməkdir.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.






ADPU-nun Ağcabədi filialında struktur bölmə rəhbərlərinin hesabatları dinlənilib.
23.07.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialında struktur bölmə rəhbərlərinin “Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının 2025-2030” strateji İnkişaf planı 2025-ci il üzrə fəaliyyət planlarının nəticə indikatorlarına (Aralıq nəticələr) aid hesabatları dinlənilib.




Аzərbаycаn Dövlət Pedaqoji Univеrsitеtinin Ağcabədi filialı qeyd olunan kafedralar üzrə vakant müəllim vəzifələrini tutmaq üçün müsabiqə elan edir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Аzərbаycаn Dövlət Pedaqoji Univеrsitеtinin Ağcabədi filialı qeyd olunan kafedralar üzrə vakant müəllim vəzifələrini tutmaq üçün müsabiqə elan edir
1. Fizika, riyaziyyat, informatika və onların tədrisi texnologiyası kafedrası (riyaziyyat müəllimi, fizika müəllimi);
2. Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrası (İngilis dili müəllimi).
Müsabiqədə elmi-pedaqoji təcrübəyə, müvafiq elmi ad və dərəcələrə malik olan, ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirən magistr elmi ixtisas dərəcəli şəxslər iştirakedə bilərlər.
Müraciət edən namizədlərdən aşağıdakılar tələbolunur:
– kompüterdən (Office proqramları – word, excel, power point, microsoft teams və s.) istifadə bacarığı;
– tədrisin onlayn formada təşkili üzrə bacarıqlar;
– yüksək peşə-ixtisas və mənəvi keyfiyyətlər.
Sənədlər:
-Şəxsiyyəti təsdiq edən sənədin surəti
-Diplom və diploma əlavənin surəti
-Əmək kitabçasının surəti
Sənədlər bu elan qəzеtdə və adpuagcabedi.edu.az saytında dərc olunan gündən 30 gün müddətində elektronqaydada qəbul edilir.
E-poçt: adpu_aqcabedi@mail.ru
adpu.agcabedi.filiali@adpu.edu.az
Ünvan: AZ-0400. Ağcabədi şəhəri, Ü.Hacıbəyliprospekti, 210
DİREKTORLUQ
“Rəqəmsal xidmətlərin artırılması yolu ilə kağız israfının 10% azaldılması” mövzusunda maarifləndirici təlim keçirilib.
18.07.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialında Kompüter mərkəzinin müdiri Sahibə Nəsirova tərəfindən “Rəqəmsal xidmətlərin artırılması yolu ilə kağız israfının 10% azaldılması” mövzusunda maarifləndirici təlim keçirilib.



Elmi şuranın yaz semestrinin imtahan sessiyasının nəticələri, tədris ilinin yekunları və yeni tədris ilinə hazırlıqla bağlı iclası keçirilib
16.07.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialında Elmi şuranın yaz semestrinin imtahan sessiyasının nəticələri, tədris ilinin yekunları və yeni tədris ilinə hazırlıqla bağlı iclası keçirilib.








ADPU-nun Ağcabədi filialının müəllimi Xudaverdiyeva Sübhanə Vidadi qızı “Microsoft Certified Educator” (MCE) sertifikasiya proqramında 747 bal toplayaraq beynəlxalq sertifikat əldə etmişdir.
10.07.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialının “Pedaqogika,psixologiya və onların tədrisi texnologiyası” kafedrasının müəllimi Xudaverdiyeva Sübhanə Vidadi qızı “Microsoft Certified Educator” (MCE) sertifikasiya proqramında 747 bal toplayaraq beynəlxalq sertifikat əldə etmişdir.
Sübhanə Xudaverdiyeva Ölkə üzrə yerli təhsilverənlərin müxtəlif səviyyələrdə innovativ texnologiya və metodikaların təhsildə tətbiqi üzrə 30 saatlıq təlim proqramramını bitirmişdir.
Qeyd edək ki, Proqramı bitirən təhsilverənlər sadəcə pedaqoji istiqamətdə deyil müxtəlif standartlarda mərkəzləşmiş və təhsilverənlər üçün vacib olan 6+İKT istiqamətləri üzrə qiymətləndirilmişlər.
“Effektiv pedaqoq olmaq üçün İKT-dən istifadə”, “İnformasiya kommunikasiyası vasitələrindən istifadə”, “Real dünya problemlərinin həlli və innovasiya”, “Özünütənzimləmə”, “Biliyin qurulması”, “Təhsilalanla əməkdaşlıq” və “Bacarıqlı ünsiyyət” modulları üzrə yüksək nəticə göstərmiş müəllimlər “Microsoft Certified Educator” sertifikatına layiq görülmüşlər.


ADPU-nun Ağcabədi filialında Tədrisin idarə olunmasışöbəsinin təşkilatçılığı ilə modul tipli təlimlərə start verilib.
ADPU-nun Ağcabədi filialında Tədrisin idarə olunmasışöbəsinin təşkilatçılığı ilə modul tipli təlimlərə start verilib.Təlimdə 50 nəfər akademik heyət üzvü iştirak edib.
09 iyul 2025-ci il tarixdə filialın Keyfiyyətin təminatışöbəsinin müdiri, baş müəllim Qərənfil Rzayevanıntəqdimatında 1-ci modul üzrə “Təhsildə yeniyanaşmalar” mövzusunda; 10 iyul 2025-ci il tarixdə filialın“Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Sevinc Məhərrəmovanıntəqdimatında 2-ci modul üzrə “Problem əsaslı, layihəəsaslı və tədqiqat əsaslı öyrənmə” mövzusunda; 11 iyul2025-ci il tarixdə isə filialın “Fizika, riyaziyyat, informatikavə onların tədrisi texnologiyası” kafedrasının müəllimiSəbuhi Quliyevin təqdimatında 3-cü modul üzrə “TəhsildəSTEAM yanaşması” mövzusunda təlimlər həyatakeçirilib. Modullar üzrə keçirilən təlimin sonunda aktiviştirakçılar sertifikatla təltif olunub.








Ad gününüz mübarək, hörmətli direktorumuz!
Ad gününüz mübarək, hörmətli direktorumuz!
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirik! Uğurlu rəhbərliyiniz, məsuliyyətli yanaşmanız və dəyərli töhfələrinizlə təhsil müəssisəmizin inkişafına verdiyiniz böyük töhfələr üçün təşəkkür edirik.
Sizə möhkəm can sağlığı, uzun ömür, yeni uğurlar və daim yüksələn nailiyyətlər arzulayırıq. Hər yeni yaşınız sizə sevinc, ruh yüksəkliyi və yeni zəfərlər gətirsin!
Hörmətlə və dərin ehtiramla,
ADPU-nun Ağcabədi filialının kollektivi
ADPU-nun Ağcabədi filialında ənənəvi Məzun Günü tədbiri keçirilib.
24.06.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialında ənənəvi Məzun Günü tədbiri keçirilib.
Universitetin həyətində açıq havada təşkil olunan tədbirdə 2024/2025-ci tədris ilini uğurla başa vurmuş məzunlar, onların valideynləri, professor-müəllim heyəti, universitet rəhbərliyi və əvvəlki illərin məzunları iştirak ediblər.
Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri universitetin direktoru dosent Mobil Məcidov açaraq çıxış edib. O, məzunları təbrik edərək onların təhsil müddətində qazandıqları nailiyyətləri vurğuladı, həmçinin gənclərə gələcək həyatlarında uğurlar arzuladı:
“Bugünkü məzunlarımız yalnız diplom deyil, həm də cəmiyyətə xidmət etmək, ölkəmizin inkişafında fəal iştirak etmək üçün güclü potensial və biliklərlə silahlanmış gənclərdir.”
Sonra bir qrup məzun yoldaşları adından ötən illər ərzində onların üzrərində böyük əməyi olan ADPU-nun Ağcabədi ailəsinə, sevimli müəllimlərinə səmimi hisslərini çatdırıb, dərin təşəkkürlərini bildiriblər. Bu ali təhsil ocağında əldə etdikləri bilik və bacarıqlar sayəsində ölkəmizə layiqli bir vətəndaş kimi xidmət edəcəklərini, onlara olan etimadları doğruldacaqlarını əminliklə ifadə ediblər.
Tədbirdə çıxış edən əvvəlki illərin məzunları ADPU-nun Ağcabədi filialında yaradılan örnək təhsil mühiti və uğurla həyata keçirilən imtahan sessiyasının təşkilinə görə filial rəhbərliyinə sonsuz minnətdarlıq ifadə ediblər.
Məzun Günü”ndə filialın müvafiq ixtisasları üzrə bir qrup məzunu filial direktorunun əmrinə əsasən “Təhsildə əldə etdiyi uğurlara görə” , “Filialın mədəni-kütləvi və ictimai təbirlərində yaxından iştirakına görə” və “Təhsilverənlərin sertifikatlaşdırma imtahanında yüksək nəticəyə görə” fəxri diplomlar və təşəkkürnamələr ilə təltif olunublar.
Rəsmi hissədən sonra tədbir müsiqili-əyləncəli proqramla davam etdirilib və məzunların ənənəvi “papaq atma” mərasimi ilə yekunlaşıb.


























































