ADPU-nun Ağcabədi filialında Elmi Şuranın 2025/2026-cı tədris ilinin son iclası keçirilib
8 iyul 2026-cı il tarixində ADPU-nun Ağcabədi filialının Elmi Şurasının 2025/2026-cı tədris ili üzrə son iclası baş tutub. İclasda cari ilin yaz semestrinin imtahan sessiyasının nəticələri təhlil edilib və müvafiq şöbələrin hesabatları dinlənilib.
Tədbir çərçivəsində filialın 2025-2030-cu illəri əhatə edən Strateji İnkişaf Planının 2026-cı il üzrə icra vəziyyəti, görülən işlərin ilkin və aralıq nəticələri barədə ətraflı hesabat təqdim olunub.
İclasın sonunda filialın elmi-metodiki fəaliyyətində, eləcə də mədəni-kütləvi tədbirlərin təşkilində fəallıq göstərən bir qrup əməkdaş səmərəli fəaliyyətlərinə görə Fəxri Diplom, Fəxri Fərman və Təşəkkürnamələrlə təltif edilib.





Ağcabədi filialının məzunları doğma ali məktəbdə
“ADPU-nun Ağcabədi filialının 2006-cı il ibtidai sinif müəllimliyi ixtisası üzrə məzunları təhsil aldıqları ali məktəbi ziyarət ediblər.”






ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
ADPU-nun Ağcabədi filialında təhsil almaq istəyən abituriyentlərin ixtisas seçiminə köməklik göstərmək məqsədilə filialda “Abituriyentə dəstək Mərkəzi” yaradılmışdır. Abituriyentlər “Elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, ixtisas seçimi zamanı diqqət edilməli olan məsələlər, ADPU-nun Ağcabədi filialında kadr hazırlığı həyata keçirilən bütün ixtisaslar haqqında ətraflı məlumat almaq üçün “Abituriyentə dəstək Mərkəzi”nə müraciət edə bilərlər.
Əlaqə vasitələri:
adpu.agcabedi.filiali@adpu.edu.az
Əlaqə nömrəsi:
+994 50 321 66 78 Mütəxəssis Yaşar İslamov
+994 50 347 68 48 Mütəxəssis Qurban Qurbanov
UĞURLU GƏLƏCƏK, BİZİMLƏ GƏLƏCƏK!






