Tədbirlər Xəbərlər

Qədim yaşayış məskənlərinə dair ustad dərsi təqdim olunub

Şərh yoxdu

02 dekabr 2025-ci il tarixində ADPU-nun Ağcabədi filialında Gənc Tədqiqatçılar Şurasının təşkilatçılığı ilə keçirilən 4 həftəlik “Ustad dərsləri”nin üçüncü mərhələsi baş tutub.

Bu mərhələdə “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Araz Boran oğlu Əliyev “Azərbaycan ərazisində qədim yaşayış məskənləri və ibtidai icma cəmiyyəti” mövzusunda dərs təqdim edib.

Təqdimatda tələbələr təkcə tarixi biliklərini genişləndirməklə kifayətlənməyib, həm də arxeoloji və etnoqrafik faktlara əsaslanaraq mövzuya analitik yanaşma bacarıqlarını inkişaf etdiriblər.

✨ Dərsin məqsədi – gənc tədqiqatçıların elmi təfəkkürünü və təhlil qabiliyyətini formalaşdırmaq, ilkin yaşayış məkanları ilə bağlı bilikləri müasir tədris metodları ilə mənimsətmək olmuşdur.

Tədbirlər Xəbərlər

İnformasiya təhlükəsizliyi mövzusunda maarifləndirici seminar keçirilib.

Şərh yoxdu

2 dekabr 2025-ci il tarixində ADPU-nun Ağcabədi filialında Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Tarix müəllimliyi” ixtisası üzrə III tədris ilinin tələbəsi Elmir Haqverdiyevin təqdimatında “İnformasiya təhlükəsizliyini necə qoruyaq?” mövzusunda seminar keçirilib.

Seminarda professor-müəllim heyəti və tələbələr fəal iştirak ediblər. Təqdimat zamanı informasiya təhlükəsizliyi sahəsində aktual məsələlər müzakirə olunub, iştirakçılar tərəfindən verilən suallar ətraflı şəkildə cavablandırılıb. Eyni zamanda şəxsi məlumatların qorunması və gündəlik həyatda informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı praktik tövsiyələr təqdim edilib.

Sonda Elmir Haqverdiyevə təşəbbüskarlığına görə sertifikat və hədiyyə təqdim olunub.

Tədbirlər Xəbərlər

Tələbələr klassik dram tamaşasında – “Müsyö Jordannın Qarabağ sərgüzəştləri”

Şərh yoxdu

01 dekabr 2025-ci il tarixində ADPU-nun Ağcabədi filialının “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Sevinc Məhərrəmovanın təşkilatçılığı ilə “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının tələbələri Ağdam Dövlət Dram Teatrında nümayiş olunan M.F. Axundzadənin “Müsyö Jordannın Qarabağ sərgüzəştləri” əsəri əsasında hazırlanmış tamaşaya baxıblar.

Tamaşa tələbələrdə klassik Azərbaycan dramaturgiyasına marağı artırmaq və səhnə əsərləri vasitəsilə ədəbi-bədii düşüncələrini inkişaf etdirmək məqsədi daşıyıb.

Tədbirlər Xəbərlər

Maya Abdullayeva “Microsoft Certified Educator” sertifikatı qazanıb.

Şərh yoxdu

30.11.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialının “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının müəllimi Abdullayeva Maya Ağamirzə qızı “Microsoft Certified Educator” (MCE) sertifikasiya proqramında 786 bal toplayaraq beynəlxalq sertifikat əldə etmişdir.
Maya Abdullayeva Ölkə üzrə yerli təhsilverənlərin müxtəlif səviyyələrdə innovativ texnologiya və metodikaların təhsildə tətbiqi üzrə 30 saatlıq təlim proqramramını bitirmişdir.
Qeyd edək ki, Proqramı bitirən təhsilverənlər sadəcə pedaqoji istiqamətdə deyil müxtəlif standartlarda mərkəzləşmiş və təhsilverənlər üçün vacib olan 6+İKT istiqamətləri üzrə qiymətləndirilmişlər.
“Effektiv pedaqoq olmaq üçün İKT-dən istifadə”, “İnformasiya kommunikasiyası vasitələrindən istifadə”, “Real dünya problemlərinin həlli və innovasiya”, “Özünütənzimləmə”, “Biliyin qurulması”, “Təhsilalanla əməkdaşlıq” və “Bacarıqlı ünsiyyət” modulları üzrə yüksək nəticə göstərmiş müəllimlər “Microsoft Certified Educator” sertifikatına layiq görülmüşlər.