Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialının direktoru dosent Mobil Məcidovun adından təşəkkürnamələr təqdim olunub.

2024/2025-ci tədris ilinin yaz imtahan sessiyasında yüksək nəticələr göstərərək əlaçı adına layiq görülmüş tələbələrin valideynlərinə, övladlarının təhsildə qazandıqları uğurlara verdikləri töhfəyə görə, ADPU-nun Ağcabədi filialının direktoru dosent Mobil Məcidovun adından təşəkkürnamələr təqdim olunub.

Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında ilk dərs saatları Anım Gününə həsr olunub

26 sentyabr 2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialında ilk dərs saatları Anım  gününə həsr edilib.
Belə ki, Universitet rəhbərliyi, müəllim heyəti və tələbələrin iştirakı ilə Universitetdə Vətən müharibəsi iştirakçılarının şərəfinə yaradılmış guşə ziyarət edilib. Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialı şəhidlərin xatirəsini ehtiramla andı

26 Sentyabr 2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialının direktoru dosent Mobil Məcidov, filialın əməkdaşları və tələbələri Qəhrəmanlar parkına gedərək doğma vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşüb canlarını fəda etmiş, bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış əsgər, zabitlərimiz və bütün şəhidlərimizin xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar.

Tədbirlər Xəbərlər

”Konstitusiya və Suverenlik ili” nə həsr olunmuş intellektual yarış keçirilib.

24.09.2025-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universiteti Ağcabədi filialı Tələbə Gənclər təşkilatının nəzdində fəaliyyət göstərən “İntellektual Oyunlar” klubunun təşkilatçılığı ilə”Konstitusiya və Suverenlik ili” nə həsr olunmuş intellektual yarış keçirilib.
Yarışda
🥇1-ci yer – Birlik
🥈2-ci yer-Zirvə
🥉3-cü yer -Dörtlər ittifaqı komandaları qazanıblar.

Tədbirlər Xəbərlər

Valideynlər ilə maarifləndirici görüş keçirilib

15 sentyabr 2025-ci il tarixində ADPU-nun Ağcabədi filialının direktoru dosent Mobil Məcidovun təşəbbüsü ilə yeni qəbul olunmuş tələbələrin valideynləri ilə maarifləndirici görüş keçirilib. Görüş zamanı filialın təhsil strategiyası, tələbə uğurlarının artırılması, valideynlərin təhsildə rolu, həmçinin universitetin maddi-texniki bazası, tədris mühiti və tələbələr üçün yaradılmış imkanlar haqqında ətraflı məlumat verilib. Görüş interaktiv şəkildə keçib, valideynlərin təklif və suallarına cavab verilib, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məqsədi vurğulanıb.