Təhsil Tələbə Krediti fondu
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti fondu tərəfindən təhsil tələbə krediti barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədi ilə filialın l tədris ilinin tələbələri ilə maarifləndirici görüş keçirilib.
“Unudulmaz Qəhrəmanlar” adlı tədbir keçirilib
“MÖHTƏŞƏM QƏLƏBƏMİZ TARİXİMİZİN ZƏFƏR SALNAMƏSİDİR” mövzusunda tədbir keçirilib
05.11.2024-cü il tarixdə ADPU-nun Ağcabədi filialında 8 Noyabr Zəfər Günü münasibəti ilə “MÖHTƏŞƏM QƏLƏBƏMİZ TARİXİMİZİN ZƏFƏR SALNAMƏSİDİR” mövzusunda tədbir keçirilib.
ən yüksək ÜOMG-yə sahib olan tələbələr











Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında gənc müəllimlərlə görüş keçirilib
Görüşdə filialın direktoru dosent Mobil Məcidov yeni tədris ilinin başlaması münasibəti ilə müəllimləri təbrik edib onlara uğurlar arzulayıb.
Mobil Məcidov müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü işlərin uğurla aparıldığını, filial üzrə vakant olan müəllim yerlərinin ixtisaslı kadrlarla təmin olunduğunu vurğulayıb. Bildirib ki gənclərin pedaqoji fəaliyyətə başlaması həmin Universitetdə yaradılmış yüksək təhsil şəraitinin nəticəsidir.
Mobil Məcidov fəaliyyətə başlayan gənc kadrları təbrik edərək onlara şərəfli müəllim peşəsində uğurlar arzulamış və əmin olduğunu bildirmişdir ki, yeni işə qəbul edilən gənclər respublika gəncliyinə göstərilən qayğıya cavab olaraq hərtərəfli biliyə, geniş dünyagörüşünə yiyələnən, xalqını və Vətənini sevən nəsilin yetişdirilməsində səy göstərəcək, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.
Tədbirdə gənc müəllimlər də çıxış edərək fəaliyyətləri haqqında danışıb və onlara göstərilən diqqət üçün təşəkkürlərini bildiriblər