Xəbərlər

Məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə paytaxtda və regionlarda ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələr üçün təcrübə proqramı!

Məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə paytaxtda və regionlarda ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələr üçün təcrübə proqramı! “Bir Könüllü” Tələbə Təşkilatı və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə əməkdaşlığı ilə “Təhsildə Könüllülük” təşəbbüsünə start verilir. Təşəbbüs çərçivəsində paytaxda və regionlarda fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə tələbələrinin məktəbəqədər təhsil müəssisələrində (bağçalarda) praktiki fəaliyyətlərə cəlb edilməsi nəzərdə tutulur. Təşəbbüsün əsas məqsədi sözügedən ixtisas üzrə tələbələri resurs imkanlarının məhdud olduğu məktəbəqədər təhsil müəssisələrində aktiv pedoqoji fəaliyyətə cəlb edərək onların sahəvi bilik və bacarığını artırmaq, nəzəriyyə və praktika arasındakı mövcud disbalansın aradan qaldırılmasına çalışmaq, tələbələrə praktiki təcrübə verməklə gələcək kadr hazırlığı prosesinə töhfə vermək və ali və orta ixtisas təhsil müəssisələri ilə məktəbəqədər təhsil müəssisələrinin (bağçaların) uğurlu koordinasiyalı əməkdaşlığını formalaşdırmaqdır. Ətraflı məlumat və müraciət qaydası üçün aşağıdakı keçidə daxil ola bilərsiniz: https://forms.gle/Jzc2QCskYMpfw3CY9 #birkonullu #bir #birkönüllü #AGMA #AzərbaycanGəncMüəllimlərAssosiasiyası #TəhsildəKönüllülük #elmvətəhsilnazirliyi #edugovaz #tələbələr #təhsil #könüllü

Xəbərlər

Azad Mirzəcanzadə İnkişaf Proqramı çərçivəsində məlumatlandırıcı sessiya keçirilib. 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında “Regional İnkişaf” İctimai Birliyinin (#RİİB) Azad Mirzəcanzadə İnkişaf Proqramı çərçivəsində məlumatlandırıcı sessiya keçirilib. 
Tədbirlər zamanı iştirakçılar proqramın məqsədi, qeydiyyat və  seçim prosesi, proqrama müraciət qaydaları və icra mərhələləri ilə bağlı ətraflı məlumatlandırılıblar.
Tədbirlər

Tarix diyarşünaslıq muzeyinə ekskursiya

23.10.2023-cü il tarixdə ADPU-nun Ağcabədi filialının “Tarix müəllimliyi” ixtisasının l tədris ilinin tələbələri “Arxeologiya və Etnoqrafiyanın əsasları” fənni üzrə Ağcabədi rayon Tarix diyarşünaslıq muzeyində tədris ekskursiyasında olublar. Ekskursiya çərçivəsində tələbələr Azərbaycanın qədim, orta əsr arxeoloji abidələrindən tapılmış maddi mədəniyyət nümunələrilə əyani şəkildə tanış olublar. Onlara eksponatlar haqqında ətraflı məlumatlar çatdırılıb.
Həmçinin 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Ağcabədi şəhərinə atılmış qadağan olunmuş silah qalıqları ilə yerində tanış olublar.

Tədbirlər

“Polisə dəstək” İctimai birliyi tərəfindən tədbir keçirilib.

23.10.2023-cü il tarixdə ADPU-nun Ağcabədi filialında Azərbaycan Respublikasının Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Polisə dəstək” İctimai birliyi tərəfindən “İnsan alveri ilə mübarizə sahəsində maarifləndirmə və məlumatlandırma üzrə təşəbbüslər” layihəsinin icrasının həyata keçirilməsi istiqamətində tədbir keçirilib.