Məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə paytaxtda və regionlarda ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələr üçün təcrübə proqramı! “Bir Könüllü” Tələbə Təşkilatı və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə əməkdaşlığı ilə “Təhsildə Könüllülük” təşəbbüsünə start verilir. Təşəbbüs çərçivəsində paytaxda və regionlarda fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə tələbələrinin məktəbəqədər təhsil müəssisələrində (bağçalarda) praktiki fəaliyyətlərə cəlb edilməsi nəzərdə tutulur. Təşəbbüsün əsas məqsədi sözügedən ixtisas üzrə tələbələri resurs imkanlarının məhdud olduğu məktəbəqədər təhsil müəssisələrində aktiv pedoqoji fəaliyyətə cəlb edərək onların sahəvi bilik və bacarığını artırmaq, nəzəriyyə və praktika arasındakı mövcud disbalansın aradan qaldırılmasına çalışmaq, tələbələrə praktiki təcrübə verməklə gələcək kadr hazırlığı prosesinə töhfə vermək və ali və orta ixtisas təhsil müəssisələri ilə məktəbəqədər təhsil müəssisələrinin (bağçaların) uğurlu koordinasiyalı əməkdaşlığını formalaşdırmaqdır. Ətraflı məlumat və müraciət qaydası üçün aşağıdakı keçidə daxil ola bilərsiniz: https://forms.gle/Jzc2QCskYMpfw3CY9 #birkonullu #bir #birkönüllü #AGMA #AzərbaycanGəncMüəllimlərAssosiasiyası #TəhsildəKönüllülük #elmvətəhsilnazirliyi #edugovaz #tələbələr #təhsil #könüllü

Digər xəbərlər
ADPU-nun Ağcabədi filialında Elmi Şuranın 2025/2026-cı tədris ilinin son iclası keçirilib
8 iyul 2026-cı il tarixində ADPU-nun Ağcabədi filialının Elmi Şurasının 2025/2026-cı tədris ili üzrə son iclası baş tutub. İclasda cari ilin yaz semestrinin imtahan sessiyasının nəticələri təhlil edilib və müvafiq…
Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə maarifləndirici tədbir keçirilib
25.06.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialında Erkən nigahın, qızların təhsildən yayınmasının, narkomaniyanın, ifrat dini meyillərin azaldılmasına və ətraf mühitin mühafizəsinə yönəlmiş Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə maarifləndirici tədbir…
“Bir rəsm, bir məna” adlı rəsm sərgisinin iştirakçılarını mükafatlandırılıb.
ADPU-nun Ağcabədi filialının direktoru dosent Mobil Məcidov “Bir rəsm, bir məna” adlı rəsm sərgisinin iştirakçılarını mükafatlandırıb.



