Tədbirlər

“Polisə dəstək” İctimai birliyi tərəfindən tədbir keçirilib.

23.10.2023-cü il tarixdə ADPU-nun Ağcabədi filialında Azərbaycan Respublikasının Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Polisə dəstək” İctimai birliyi tərəfindən “İnsan alveri ilə mübarizə sahəsində maarifləndirmə və məlumatlandırma üzrə təşəbbüslər” layihəsinin icrasının həyata keçirilməsi istiqamətində tədbir keçirilib.

Xəbərlər

Ağcabədi filialı üzrə 2022-2023-cü tədris ili yaz imtahan sessiyasında ən yüksək ÜOMG-ya sahib olan 10 tələbə:

Şərh yoxdu

1. Nağıyeva Aysu Sənan qızı.
Qrup:    AZD2101B    
ÜOMG: 100 

2.    Həsənli  İlkanə Elçin qızı.
Qrup: TSPX2001B    
ÜOMG: 100

3. Əliyeva Nuray Elşən qızı    .
Qrup: TSPX2001B    
ÜOMG: 100

4.    Aslanlı Səbinə Fikrət qızı.
Qrup:    İBT2001B    
ÜOMG: 99,83

5. Orucova Gülşən Hafiz qızı.
Qrup:    AZD2101B
ÜOMG: 99,53

6.    ƏsədovaTəhminə Sərdar qızı.
Qrup:    RİN1901B    
ÜOMG: 99,16

7. İsmayılova Ləman Hasil  qızı    .
Qrup: TSPX2101B    
ÜOMG: 99,1

8. Nadirli Gülnar İltifat qızı    .
Qrup: İBT2002B    
ÜOMG: 98,83

9. Səlimova  Gülər  Mahir  qızı.
Qrup: XDM2201B    
ÜOMG: 97,76

10.    Şirinli Nərminə Rafiq  qızı.
Qrup: AZD2002B    
ÜOMG: 97,73

Xəbərlər

ADPU-nun Ağcabədi filialında “Məzun Günü” keçirilib

Şərh yoxdu

22 iyun 2022-ci il tarixdə ADPU-nun Ağcabədi filialında “Məzun Günü” münasibətilə tədbir keçirilib. Tədbirdə bu il məzun olan “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Tarix və coğrafiya müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi”, “İbtidai sinif müəllimliyi” və “Məktəbəqədər təlim və tərbiyə” ixtisasının məzunları, valideynlər, ötən illərdə filialın məzunu olmuş örnək təhsil işçiləri, filialın professor-müəllim heyəti və media nümayəndələri iştirak edirdilər.
Tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş oğullarımızın müqəddəs ruhları bir dəqiqəlik sükütla yad edildi. Sonra Dövlət Himni səsləndirildi.
Tədbir iştirakçılarını, xüsusilə fəxri qonaqlar və valideynləri böyük səmimiyyətlə salamlayan filialın direktoru, dosent Mobil Məcidov məzunlara öz ürək sözlərini söyləyərkən, onların təhsil əldə etməsində filial əməkdaşları qədər valideynlərinin də əməyinin olduğunu vurğuladı və bildirdi ki, “Təhsil millətin gələcəyidir” – deyən Ulu Öndər Heydər Əliyevin təhsil ictimaiyyətinə verdiyi bu mesajı həmişə əməli fəaliyyətimizdə unutmur və millətimizin tərəqqisi, gənclərimizin elm və təhsil sahəsində uğur əldə etməsi naminə vicdanla çalışmağı özümüzə borc bilirik.
“Məzun Günü”ndə filialın müvafiq ixtisasları üzrə bir qrup məzunu filial direktorunun əmrinə əsasən “Təhsildə əldə etdiyi uğurlara görə” və “Filialın mədəni-kütləvi və ictimai təbirlərində yaxından iştirakına görə” fəxri diplomları ilə təltif olundular.
Tədbirdə çıxış edən qonaqlar və məzunlar ADPU-nun Ağcabədi filialında yaradılan örnək təhsil mühiti və uğurla həyata keçirilən imtahan sessiyasının təşkilinə görə filial rəhbərliyinə sonsuz minnətdarlıq ifadə etdilər.
Rəsmi hissədən sonra tədbir müsiqili-əyləncəli proqramla davam etdirildi.

Xəbərlər

“Heydər Əliyev və Azərbaycan elminin inkişafı” mövzusunda Dəyirmi masa.

Şərh yoxdu

    14 aprel 2023-cü il tarixdə ADPU-nun Ağcabədi filialında “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə “Heydər Əliyev və Azərbaycan elminin inkişafı” mövzusunda Dəyirmi masa keçirildi. Toplantıda, kafedranın müəllimləri və tələbələr iştirak etdi.

   Giriş sözü ilə filialın direktoru dos. Mobil Məcidov Ulu öndərin keçdiyi şərəfli həyat yolundan danışdı.

  Kafedranın müəllimlərindən dos.Fərzəliyeva Mətanət, b/m.Fəridə Mikayılova, b/m.Səfurə Mahmudzadə, b/m.Rzayeva Leyla, b/m.Məhərrəmova Sevinc,  tələbələrdən Elnarə Məmmdəova, Sevinc Allahyarova və  Aytəkin Quluyeva çıxış etdilər.

  Tədbirin sonunda Ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi.