Tədbirlər Xəbərlər

Maarifləndirici görüş keçirilib

Şərh yoxdu

05.05.2025-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti fondu tərəfindən təhsil tələbə krediti barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədi ilə filialın tələbələri ilə maarifləndirici görüş keçirilib.

Tədbirlər Xəbərlər

Dövlət Əmək Müfəttişliyi Xidməti Bərdə şəhərində işəgötürənlər üçün maarifləndirmə tədbiri keçirib

Şərh yoxdu

Dövlət Əmək Müfəttişliyi Xidməti Bərdə şəhərində işəgötürənlər üçün maarifləndirmə tədbiri keçirib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Xidmətin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin təşkilatçılığı ilə Bərdə rayonunda işəgötürənlər üçün “İstirahət vaxtı, məzuniyyət hüququ və onların təmin edilməsi” və “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə region üzrə Nazirliyin strukturuna daxil olan digər qurumların, Bərdə Rayon İcra Hakimiyyətinin və ictimai birliklərin nümayəndələri ilə yanaşı, Şərqi Zəngəzur regional şöbəsinin əhatə etdiyi rayonlardan olan dövlət və özəl sektora aid 25 müəssisə və təşkilatı təmsil edən 70-dək şəxs iştirak edib.

Ədəbiyyat müəllimliyi

Ədəbiyyat

Şərh yoxdu

1.T.Kərimli. .Filalogiya məsələləri.

2. Z.Xəlil.F.Əsgərli. Uşaq ədəbiyyatı.

3. Azad-Nəbiyev.-Azərbaycan-xalq-ədəbiyyati.-I-kitab.

4. Ədəbiyyat haqqında ümumi məlumat.

5. V.Sultanov. Azərebaycan Ədəbi tənqid

6. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqatlar XIX

7. Ş.Nəbiyeva. Ana_dili_tedrisi_metodikasinin_aktual_problemleri

8. M.Elsevər. atalar-sozu-adet-enenelər.

9. B.Hüseynov.Azərbaycan folklorunda əmək nəgmələri.

10 .R.Əliyev. edebiyyat nezeriyyesi

11 .Ədəbiyyatşüaslığın əsasları

12. S.Şərifova. Klassikler-ve-muasirler-soz-mustevisinde-Sherifova-Salide (1)

13. Gülməcələr -lətifələr.

14. İ.Hüseynov. Azərbaycan milli adət və ənənələrinin bədii estetik.

15. Agarəhim. ana dilinin tədrisi metodikası.

16. Pənah Xəlilov Türk xalqlarının və Şərqi Slaviyanların ədəbiyyatı word f

17. Azad-Nəbiyev.-azərbaycan-xalq-ədəbiyyati.-II-hissə

18. S.Qafarova.Azerbaycan edebiyyati tedrisi tarixi

19. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqatlar

20. Azərbaycan uşaq ədəbiyyatı antologiyası.

21. B.Əhmədli. XXəsr Azərbaycan ədəbiyyatı tarixi

22. B.Əhmədli.XXəsr Azərbaycan ədəbiyyatı tarixi 2c

23. M.Məmmədov. Bədii təsvir və ifadə vastələrinin xüsusiyyətləri

24. T.Salamoglu. XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatının aktual problemlər.

25. S.Rüstəmoglu. Dünya ədəbiyyatı -1

26. V.Əhməd. edebiyyatsunasliqa giriş

27. Ə.Elaydi.Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı

28. F.Yusifov. ƏDƏBIYYATIN-TƏDRISI-METODIKASI (1)

Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında Elmi şuranın növbəti iclası keçirilib

Şərh yoxdu

 

01.05.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialında Elmi şuranın növbəti iclası keçirilib.
İclasda Tədris təcrübəsinin yekunu və istehsalat təcrübəsinin gedişatı, Tələbə elmi cəmiyyətinin konfransına hazırlığın vəziyyəti haqqında, Keyfiyyətin təminatı və İnsan resursları və kargüzarlıq şöbələrinin illik hesabatları və cari məsələlər müzakirə edilib.

 

Tədbirlər

Ağcabədi şəhər C. İbrahimov adına şəhər 8 saylı tam orta məktəbinin 10 və 11-ci sinif şagirdləri ilə görüş baş tutub

Şərh yoxdu

24.04.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialının Tələbə gənclər təşkilatının təşəbbüsü ilə Ağcabədi şəhər C. İbrahimov adına şəhər 8 saylı tam orta məktəbinin 10 və 11-ci sinif şagirdləri ilə görüş baş tutub.
Görüşdə məktəb şagirdlərinə Filial haqqında ətraflı məlumatlar verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

Tədbirlər

Həmidə xanım Cavanşirin Ağcabədi rayonunun Kəhrizli kəndində yerləşən ev muzeyinə səfər ediblər.

Şərh yoxdu

22.04.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialının “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının buraxılış qrup tələbələri filialın “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Sevinc Məhərrəmovanın rəhbərliyi ilə Həmidə xanım Cavanşirin Ağcabədi rayonunun Kəhrizli kəndində yerləşən ev muzeyinə səfər ediblər.

Tədbirlər

Gənc Tədqiqatçılar Şurasının növbəti iclası keçirilib

Şərh yoxdu

22.04.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialında Gənc Tədqiqatçılar Şurasının növbəti iclası keçirilib.
İclas zamanı gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması, onların təşəbbüslərinin dəstəklənməsi, beynəlxalq və yerli elmi tədbirlərdə iştirak imkanlarının artırılması və eyni zamanda yaxın aylarda keçirilməsi planlaşdırılan elmi seminarlar, tədqiqat müsabiqələri və təlim proqramları barədə təkliflər səsləndirilib, gələcək fəaliyyət planı üzərində birgə müzakirələr aparılıb.

Tədbirlər Xəbərlər

Mobil Məcidov tədris təcrübəsinin bitməsi və istehsalat təcrübəsinin başlaması ilə əlaqədar olaraq buraxılış qrup tələbələri ilə görüşüb

Şərh yoxdu

22.04.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialının direktoru dosent Mobil Məcidov tədris təcrübəsinin bitməsi və istehsalat təcrübəsinin başlaması ilə əlaqədar olaraq buraxılış qrup tələbələri ilə görüşüb, tələbələri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.