Tədbirlər Xəbərlər

ADPU-Ağcabədi filialında “Əlaçı” tələbələrin valideynlərinə ünvanlanmış Təşəkkürnamələr təqdim olunub.

Şərh yoxdu

ADPU-Ağcabədi filialında “Əlaçı” tələbələrin valideynlərinə ünvanlanmış Təşəkkürnamələr təqdim olunub 🎓✨
ADPU-nun Ağcabədi filialının direktoru, dosent Mobil Məcidov tərəfindən 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasında yüksək nailiyyətlər əldə edərək “əlaçı” adını qazanan tələbələrin valideynlərinə ünvanlanmış TƏŞƏKKÜRNAMƏLƏR təqdim edilib.
Direktor Mobil Məcidov yüksək bilik nümayiş etdirən tələbələrin uğurunda ailənin rolunu xüsusi vurğulayaraq, savadlı və intizamlı gənclər yetişdirdikləri üçün valideynlərə dərin minnətdarlığını bildirib.
🌟 Bütün tələbələrimizə dərslərində uğurlar, valideynlərinə isə övladlarının nailiyyətləri ilə qürur duymağı arzu edirik!


Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.

Şərh yoxdu

14 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilmişdir.
Tədbir filialın tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimovun giriş sözü ilə açıq elan olunmuşdur. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Çıxışlarda Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında misilsiz xidmətlərindən geniş bəhs edilmişdir.
Tədbir çərçivəsində tələbələr tərəfindən mövzu ətrafında çıxışlar dinlənilmiş, fikir mübadiləsi aparılmış və Ümummilli Liderin zəngin irsinin gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanmışdır.
Sonda “Heydər Əliyev – dəyərlərimizin xilaskarı” adlı videoçarx izlənilmişdir.

Tədbirlər Xəbərlər

ADPU Ağcabədi Filialından Nümunəvi Addım: Tələbələr Sığınacaq Sakinlərini Ziyarət Edib ✨

Şərh yoxdu

ADPU Ağcabədi Filialından Nümunəvi Addım: Tələbələr Sığınacaq Sakinlərini Ziyarət Edib ✨
Tələbələrin yüksək humanizm duyğusu və Universitet rəhbərliyinin hərtərəfli dəstəyi bir araya gələrək, daha bir xeyirxah missiyanın gerçəkləşməsinə vəsilə olub.
11 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə filialın müəllim və tələbə heyəti “Mehriban Qadın və Uşaq Sığınacağı”na ziyarət təşkil ediblər.
Ziyarətin əsas məqsədi sığınacaqda məskunlaşan uşaqlara tək olmadıqlarını hiss etdirmək, onlara mənəvi dayaq olmaq və cəmiyyətin bir parçası olduqlarını xatırlatmaqdır. ADPU-nun gənc pedaqoq namizədləri bu təşəbbüslə təkcə nəzəri biliklərlə deyil, həm də yüksək empatiya və sosial məsuliyyət hissi ilə silahlandıqlarını nümayiş etdiriblər. Görüş çərçivəsində tələbələr uşaqlarla müxtəlif oyunlar oynamış, onlarla maarifləndirici söhbətlər aparmış və kiçik hədiyyələrlə onların sevincinə ortaq olmuşlar.

“Gələcəyin müəllimi təkcə təhsil verən deyil, həm də cəmiyyətin yaralarına məlhəm olmağı bacaran bir şəxsiyyətdir.”

Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialının müəllimi beynəlxalq sertifikat əldə etmişdir.

Şərh yoxdu

04.04.2026-cı il tarixdə ADPU-nun Ağcabədi filialının “Fizika, riyaziyyat, informatika və onların tədrisi texnologiyası” kafedrasının müəllimi Quliyev Səbuhi Vaqif oğlu “Microsoft Certified Educator” (MCE) sertifikasiya proqramında 786 bal toplayaraq beynəlxalq sertifikat əldə etmişdir.

Səbuhi Quliyev Ölkə üzrə yerli təhsilverənlərin müxtəlif səviyyələrdə innovativ texnologiya və metodikaların təhsildə tətbiqi üzrə 30 saatlıq təlim proqramramını bitirmişdir.

Qeyd edək ki, Proqramı bitirən təhsilverənlər sadəcə pedaqoji istiqamətdə deyil müxtəlif standartlarda mərkəzləşmiş və təhsilverənlər üçün vacib olan 6+İKT istiqamətləri üzrə qiymətləndirilmişlər.

“Effektiv pedaqoq olmaq üçün İKT-dən istifadə”, “İnformasiya kommunikasiyası vasitələrindən istifadə”, “Real dünya problemlərinin həlli və innovasiya”, “Özünütənzimləmə”, “Biliyin qurulması”, “Təhsilalanla əməkdaşlıq” və “Bacarıqlı ünsiyyət” modulları üzrə yüksək nəticə göstərmiş müəllimlər “Microsoft Certified Educator” sertifikatına layiq görülmüşlər.

Tədbirlər Xəbərlər

“Sağlam gənclik naminə narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Şərh yoxdu

03 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında “Sağlam gənclik naminə narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə Ağcabədi Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Elmir Dəmirçiyev iştirak etmiş, narkomaniyanın fəsadları, bu cinayət növünə qarşı aparılan mübarizə tədbirləri və vətəndaşların maarifləndirilməsinin əhəmiyyəti barədə ətraflı məlumat vermişdir.

Tədbir iştirakçıların sualları ətrafında aparılan müzakirələrlə davam etmişdir.