31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ADPU-nun Ağcabədi filialının direktoru dosent Mobil Məcidovun TƏBRİKİ
Hörmətli müəllimlər və universitetimizin əməkdaşları, əziz tələbələr!
Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni 2026-cı il münasibətilə səmimi qəlbdən təbrik edirəm!
Bu mənalı bayram ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunmağa başlanmış və bu gün dünyanın müxtəlif guşələrində yaşayan milyonlarla soydaşımız üçün birlik, həmrəylik və milli mənsubiyyət hissinin təntənəsinə çevrilmişdir. Bu gün bizim həm də milli kimliyimizi, tarixi köklərimizi və Vətənə bağlılığımızı bir daha dərk etdiyimiz əlamətdar gündür.
Əziz kollektivi və tələbə ailəmizi təbrik edərək bildirmək istəyirəm ki, 2025-ci il ərzində filialımızda əldə etdiyimiz uğurlar, həyata keçirdiyimiz layihələr və görülən işlər məhz birgə əməkdaşlığımızın, səmərəli fəaliyyətimizin nəticəsidir. Bu münasibətlə hər birinizə təşəkkürümü bildirirəm.
Arzu edirəm ki, 2026-cı il Sizin üçün yeni ümidlər, möhkəm sağlamlıq, şəxsi və peşəkar həyatda uğurlar ili olsun. Gəlin birlikdə daha yüksək zirvələrə doğru irəliləyək, elmə, təhsilə və gənclərimizin inkişafına xidmət edən fəaliyyətimizi daha da gücləndirək.
Yeni ilinizi və Həmrəylik Gününüzü bir daha təbrik edir, hər birinizə firavanlıq, əmin-amanlıq və xoşbəxtlik arzulayıram!
Hörmətlə,
Mobil Məcidov
ADPU-nun Ağcabədi filialının direktoru













































