30 aprel 2024-cü il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında “Təhsil Tələbə Krediti Fondu” tərəfindən, təhsil tələbə kreditləri barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə maarifləndirici tədbir keçirilib.
“Moodle platformasından istifadə bacarıqlarının inkişafı” adlı təlim
08.04.2024-cü il tarixdə ADPU-nun Ağcabədi filialında müəllimlərin “Moodle” platformasından istifadə etmək bacarıqlarının təkmilləşdirilməsi, elektron öyrənmənin keyfiyyətinin artırılması məqsədilə “Moodle platformasından istifadə bacarıqlarının inkişafı” adlı təlim keçirilib.
Təlimdə filialın professor-müəllim heyəti və tələbələr yaxından iştirak etmişdir.
Tələbələr məktəbəqədər yaşlı uşaqlarla psixodiaqnostika işi həyata keçiriblər
Gənc Tədqiqatçılar Şurasının toplantısı keçirilib.
23 aprel 2024-cü il tarixdə ADPU-nun Ağcabədi filialında filialın Gənc Tədqiqatçılar Şurasının toplantısı keçirilib.
Toplantıda Şura üzvləri ilə yanaşı Ağcabədi Peşə məktəbinin direktoru Fərrux Rəhimli də iştirak edirdi. İşgüzar əməkdaşlıq şəraitində keçən görüşdə elmin müxtəlif sahələrinə dair layihəyönümlü tədqiqatların həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Elmi-innovativ xarakterli seminarı keçirilib.
22.04.2024-cü il tarixdə ADPU-nun Ağcabədi filialında “Riyaziyyat, informatika və onların tədrisi texnologiyası” kafedrasının müdiri, dosent Zeynalov Sahib Adıgözəl oğlunun “Kristal üçün Şredinger tənliyi” mövzusunda elmi-innovativ xarakterli seminarı keçirilib.
Tələbələrin seminar dərslərinə hazırlığı
ADPU-nun Ağcabədi filialının “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının lll tədris ilinin tələbələri Ağcabədi şəhər 2 saylı körpələr evi-uşaq bağçasında seminar dərslərinə hazırlıq məqsədi ilə bağça yaşlı uşaqların psixoloji qiymətləndirilməsi istiqamətində işlər həyata keçiriblər
ADPU-nun Ağcabədi filialında “Müəllimlərin karyera inkişafı” mövzusunda tədqiqat işi aparılıb
15-16 aprel 2024-cü il tarixlərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinun Ağcabədi filialında Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən “Müəllimlərin karyera inkişafı” mövzusunda tədqiqat işi aparıldı. Tədqiqat işi Azərbaycan Respublikası Təhsil İnstitutunun Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsinin böyük elmi işçisi Günay Quliyeva tərəfindən həyata keçirildi.
Filialın Pedaqoji fakültəsinin müvafiq ixtisaslar üzrə III tədris ili qrupları, eləcə də həmin qruplarda dərs tədris edən professor-müəllim heyəti mövzu ilə əlaqədar sorğuya cəlb olundular. Tədqiqat prosesində müvafiq ixtisaslar üzrə fənn proqramları və sillabusların araşdırılması xüsusilə diqqət mərkəzində saxlanıldı.
İki gün davam edən tədqiqat prosesi peşəkar ünsiyyət və əməkdaşlıq şəraitində başa çatdı.