Mobil Kamil oğlu Məcidov

DİREKTOR

2 dərsliyin, 8 metodik vəsaitin 30 məqalə və tezisin və 19 fənn proqramının müəllifidir.

Məlumatlat

ADPU

Direktor haqında

Məcidov Mobil Kamil oğlu 11 iyul 1978-ci ildə Kürdəmir  rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetində 1995-1999-cu illərdə Maliyyə və kredit (bakalavr) və 1999-2001-ci illərdə isə (magistr) ixtisasında təhsil almılşdır.1999-cu ilin oktyabr ayından Linqva liseyində direktor müavini, noyabr ayından Naxçıvan Universitetində rektor köməkçisi vəzifələrinə təyin edilmişdir. 2002-ci ilin yanvar ayından Bakı Biznes Universitetində baş metodist, sentyabr ayından tədris-təcrübə şöbəsinin müdiri və müəllim vəzifələrinə təyin  edilmişdir. 2008-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunda dissertasiya müdafiiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 2010-cu ilin sentyabr ayından  müəllim, 2011-ci ilin  sentyabr ayından  “Maliyyə” kafedrasının müdiri və 2014-cü ilin yanvar ayından  isə elmi işlər üzrə prorektor vəzifələrinə təyin edilmişdir. 2014-cü ildə Azərbaycan Respubilkası Prezidenti yanında  Ali Attestasiya Komisiyasının  qərarı əsasında dosent elmi adı almışdır. 2018-ci ilin sentyabr ayından, Azərbaycan  Koperasiya Universitetində “İqtisadiyyat və vergi işi” kafedrasının dosenti vəzifəsinə təyin edilmişdir. 2019-cu ilin yanvar ayından  Azərbaycan Dövlət Pedaqoji  Unversitetində “Davamlı təhsil və təlim” şöbəsinin müdiri və həmin ilin sentyabr ayından ADPU-nun Ağcabədi filalına direktor vəzifələrinə təyin  edilmişdir. AMEA-nın İqtisadiyyat İnstitutunun elmlər doktoru proqramı üzrə dissertantıdır. 2 dərsliyin, 8 metodik vəsaitin 30 məqalə və tezisin və 19 fənn proqramının müəllifidir.

Ailəlidir, 2 övladı var