Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının Pedaqoji fakültəsi Azərbaycan Respublikası Təhsil Nazirinin 10 noyabr 1997-ci il tarixli 793 saylı əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin fakültəsi haqqında Əsasnamə”yə uyğun olaraq yaradılmışdır.

          Pedaqoji fakültə Azərbaycan Dövlət Pedaqoji Universetinin Ağcabədi filialının tədris, elm və inzibati bölməsi olub, eyni sahə və istiqamət daxilindəki ixtisas üzrə bakalavr hazırlığını həyata keçirir, eləcə də elmi-tədqiqat və tərbiyə işlərinə rəhbərlik edir.

          Pedaqoji fakültədə “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Tarix müəllimliyi”, “Xarici dili müəllimliyi” (ingilis dili üzrə), “Təhsildə sosial-psixoloji xidmət”, “Riyaziyyat və informatika müəllimliyi”, “İbtidai sinif müəllimliyi”, “Fizika müəllimliyi”, “Riyaziyyat müəllimliyi”, “Məktəbəqədər təhsil” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

2019-ci ildən fakültəyə b/m. Bədəlov Xəyyam Əli oğlu rəhbərlik edir.

Fakültədə Elmi Şura (b/m. Bədəlov Xəyyam Əli oğlu), Tələbə Elmi Cəmiyyəti (Quliyev Səbuhi Vaqif oğlu), Tələbə Gənclər Təşkilatı (Zeynalova Mədinə Calal qızı), Tələbə Həmkarlar Təşkilatı  (Əlizadə Elqayıd Bakir oğlu) fəaliyyət göstərir. 

ELAN


This will close in 20 seconds