“Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının yaranma tarixi 1969-cu ilə gedib çıxır. Müxtəlif vaxtlarda kafedranın adı “Azərbaycan dilçiliyi və ədəbiyyatı”, “Azərbaycan dili və ədəbiyyatı”, “Azərbaycan dili, ədəbiyyat və onların tədrisi metodikası”, “Dillər, ədəbiyyat və onların tədrisi metodikası” “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” adlanmışdır. Kafedranın ilk müdiri prof. N.Axundov olmuşdur. Sonralar kafedraya prof. K.Quliyev, dos. Y.Əliyev, dos. S.Məmmədov, dos. M.Fərzəliyeva, b/m. Ə.Əliyev və dos. V.Allahverdiyev rəhbərlik etmişlər. Hazırda kafedraya dosent Allahverdiyev Vaqif Saleh oğlu rəhbərlik edir. Kafedrada əsasən azərbaycan dili, ədəbiyyat və xarici dil fənləri tədris olunur. Fənlərin tədrisi 18 müəllim tərəfindən həyata keçirilir ki, onlardan 3-ü fəlsəfə doktoru, dosent, 1-i fəlsəfə doktoru, baş müəllim, 8-i baş müəllim, 6-ı müəllimdir.

 

Kafedrada tədris olunan fənlər:

1.    Ədəbiyyatşünaslığa giriş
2.    Azərbaycan ədəbiyyatı tarix-1

3.    Azərbaycan ədəbiyyatı tarix-2

4.    Azərbaycan dili
5.    Müasir Azərbaycan dili

6.    Müasir Azərbaycan dili-1

7.    Müasir Azərbaycan dili-2

8.    Müasir Azərbaycan dili-3

9.    Müasir Azərbaycan dili-4

10. Şifahi xalq ədəbiyyatı
11. Dilçiliyə giriş
12. Dünya ədəbiyyatı-1

13. Dünya ədəbiyyatı-2

14. Seçmə fənn: V blok.Üslubiyyat

15. Ədəbiyyatın tədrisi metodikası
16. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
17. İbtidai siniflərdə Azərbaycan dili və onun tədrisi metodikası-3
18. Azərbaycan dilinin tədrisi metodikası

19. Seçmə fənn: VI.blok İbtidai siniflərdə Azərbaycan dilinin tədrisində

yeni təlim texnologiyalarından istifadə

20. İfadəli oxu

21. Seçmə fənn: VI blok. Bədii mətnin interperetasiyası

22. Seçmə fənn: VII blok. Ədəbi dil tarixi

23. Seçmə fənn: I blok.Türk dillərinin müqayisəli qrammatikası

24. Ədəbiyyat nəzəriyyəsi

25. Azərbaycan ədəbiyyatı tarixi-3

26. Uşaq ədəbiyyatı

27. Seçmə fənn: VIII blok. Orfoqrafiya və orfoepiya təliminin əsasları

28. Seçmə fənn: VII blok.Oxu təliminin metodikası

29. Seçmə fənn: II blok. Orfoqrafiya və orfoepiya təlimi

30. Azərbaycan dilindən praktikum

31. Əski Azərbaycan yazısı (Fars dili)

32. Seçmə fənn: III blok. Müasir Azərbaycan ədəbiyyatı

33. Seçmə fənn: IV blok. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı

34. Məktəbəqədər təhsil müəssisələrində nitq inkişafı metodikası

35. Azərbaycan ədəbiyyatı tarixi-4

36. Ədəbiyyatdan praktikum

37. Seçmə fənn: V blok. Dil qaydalarının öyrədilməsi

38. İngilis dili bacarıqları-1

39. İngilis dilinin tədrisi metodikası-1

40. Xarici dildə işgüzar və akademik kommunikasiya-1 (Alman dili)

41. İngilis dili bacarıqları-2

42. Ingilis dilinin tədrisi metodikası-2

43. Xarici dildə işgüzar və akademik kommunikasiya-2(Alman dili)

44. İngilis dili bacarıqları-3

45. İngilis dili bacarıqları-4

46. İngilis dili bacarıqları-5

47. İngilis dili bacarıqları-6

48. Xarici dildə işgüzar və akademik kommunikasiya-1

49. Xarici dildə işgüzar və akademik kommunikasiya-2

50. İngilis dilinin kommunikativ qrammatikası-1

51. İngilis dilinin kommunikativ qrammatikası-2

52. Seçmə fənn:I blok. Danışıq modelləri əsasında ingilis dili

53. Xarici ölkə ədəbiyyatı

54. Müqayisəli leksikologiya

55. İngilis dilinin üslubiyyatı

56. İngilis dilinin kommunikativ fonetikası

57. Müasir ingilis dili

58. Ölkəşünaslıq

59. İngilis dilinin leksikologiyası

60. Seçmə fənn:V blok. Mətbuat dili

61. Dinləmə və tələffüz

62. Seçmə fənn:II blok. İngilis dilində idiomlar və ictimai siyasi leksika

63. Dilçiliyə giriş (ingilis dili)

64. Akadekim yazı və oxu

65. Seçmə fənn:IV blok. Bədii təsvir vasitələri

66. Seçmə fənn:III blok. Tərcümə

 

Kafedrada 3 istiqamət üzrə, 9 mövzuda 54 elmi-tədqiqat işi yerinə yetirilir. Eyni zamanda kafedra tərəfindən dərslik, dərs vəsaiti, monaqrafiyalar da hazırlanaraq tələbələrin və geniş oxucu kütləsinin istifadəsinə verilir. Kafedra əməkdaşları mütəmadi olaraq konfranslarda elmi məruzələrlə çıxış edir, dövri jurnallarda məqalələr çap etdirirlər. Son beş ildə kafedra əməkdaşları tərəfindən 2 dərs vəsaiti, 2 monoqrafiya, 2 metodik vəsait hazırlanmış, 180 məqalə (30-u xaricdə), 18 tezis (4-ü xaricdə) çap etdirilmişdir.

 

Dərslik, dərs vəsaiti, metodik vəsait və monoqrafiyalar:

  1. S.Məmmədov. Yuxarı siniflərdə Azərbaycan poeziyası nümunələri əsasında nəzm haqqında biliklərin verilməsi sistemi. Dərs vəsaiti, Bakı, ADPU, 2000, 140 s.
  2. M.Fərzəliyeva. M.Ə.Rəsulzadə və Ana dilimiz. Dərs vəsaiti, Bakı, Təhsil nəşriyyatı, 2003, 72 s.
  3. S.Məmmədov. Abdulla bəy Asinin” həyat və yaradıcılıq yolu. Dərs vəsaiti, Bakı, ADPU, 2004, 80 s.
  4. M.Fərzəliyeva. Azərbaycan nəsri Antologiyası. IV cild, Monoqrafiya, Bakı, Şərq-Qərb nəşriyyatı, 2006, 312 s.
  5. M.Fərzəliyeva. Azərbaycan dili təlimində şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsi imkanları. Metodik vəsait, Bakı, Müəllim nəşriyyatı, 2008, 54 s.
  6. f.ü.f.d., b/m Ə.Əliyev. Laçın – Qədim Oğuz yurdu. Monoqrafiya, Bakı, “Avropa” nəşriyyatı, 2009, 112 s.
  7. V.Allhaverdiyev. Bəxtiyar Vahabzadə yaradıcılığında milli özünüdərkin bədii-fəlsəfi ifadəsi. Monoqrafiya, “Yazıçı” nəşriyyatı, 2011, 127 s.
  8. V.Allhaverdiyev. Bəxtiyar Vahabzadə irsinin öyrədilməsi. Sumqayıt, “Zərdabi nəşriyyatı-poliqrafiya” MMC, 2015, 80 s.
  9. f.ü.f.d., b/m Ə.Əliyev, b/m. T.Əliyeva. Kitabi-Dədə Qorqud dastanının dili. Bakı, ADPU, 2016, 19 s.
  10.  f.ü.f.d., b/m Ə.Əliyev. Qarabağ ədəbi mühiti və Mir Möhsün Nəvvab. Monoqrafiya. Bakı, ADPU, 2016, 151 s.
  11. S.Məmmədov. Psixologiya. Dərs vəsaiti, Bakı, ADPU, 2017, 460 s.
  12.  f.ü.f.d., b/m Ə.Əliyev. Laçın rayonuna aid adət-ənənələr, toponimlər və şivə sözləri. Metodik vəsait, Bakı, ADPU, 2017, 117 s.
  13.  f.ü.f.d., b/m Ə.Əliyev. Azərbaycanın ulu keçmişi. Dərs vəsaiti, Bakı, ADPU, 2017, 237 s.
  14.  f.ü.f.d., b/m Ə.Əliyev. Şölə saçan incilər. Monoqrafiya, Bakı, ADPU, 2018, 208 s.
  15.  f.ü.f.d., b/m Ə.Əliyev. El şairi Sarı aşıq. Monoqrafiya, Bakı, ADPU, 2020, 188 s.
  16. V.Allhaverdiyev. Ədəbi düşəncələr və ömürdən yarpaqlar. Monoqrafiya, Bakı, “Təknur” nəşriyyatı, 2021, 140 s.
  17. S.Məmmədov. Türk və şərq xalqları ədəbiyyatı. Dərs vəsaiti, Bakı, “OPTİMİST” MMC, 2022, 474 s.
  18. S.Məmmədov. Dünya ədəbiyyatı-1. Dərs vəsaiti, Bakı, “OPTİMİST” MMC, 2022, 398 s.
  1. Məmmədov. “Məhəbbətin işığında” Məqalələr toplusu, Bakı, ADPU, 2025. 317 s.
  2. Məmmədov “Vətən oğlu”.Şeirlər toplusu, Bakı, ADPU, 2025. 130 s.

 

 

       Kafedranın təşkil etdiyi tədbirlər:

 

  1. “Mirzə Ələkbər Sabirin 160 illiyi” münasibətilə yubiley tədbiri. May 2022
  2. “Mirzə Fətəli Axundzadənin 210 illiyi” münasibətilə yubiley tədbiri. Dekabr 2022
  3. “Əhməd Cavadın 130 illik yubileyi münasibətilə” Ədəbi-bədii gecə. Noyabr 2022
  4. “Zəfər günü” münasibətilə tədbir. Noyabr 2022
  5. “Heydər Əliyevin və Azərbaycan elminin inkişafı” mövzusuda dəyirmi masa. Aprel 2023
  6. Heydər Əliyevin 100 illik yubileyi münasibətilə İnşa müsabiqəsi. Aprel 2023
  7. Dahi Azərbaycan şairi M.Füzulinin anadan olmasının 530 illiyinə həsr edilmiş “Söz Mülkünün Sultanı” mövzusunda elmi-praktik konfrans. Dekabr 2024.
  8. Şəhid Ağaqardaş Abbasova həsr olunmuş anım günü. Sentyabr 2025.
  9. Vahabzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə şeir müsabiqəsi. Oktyabr 2025.
  10. Vahabzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə inşa müsabiqəsi. Oktyabr 2025.
  11. Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş “B.Vahabzadə yaradıcılığında milli özünüdərkin bədii-fəlsəfi ifadəsi” mövzusunda elmi-praktik konfrans. Oktyabr 2025.

 

Əlaqə: 

Ünvan: ADPU-nun Ağcabədi filialının tədris binası, otaq 206

E-mail: diller.edebiyyat.kafedrasi@gmail.com

Tel: 050 6645848

Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrası