Tədbirlər Xəbərlər

ADPU Ağcabədi filialında əlaçı tələbələrin valideynlərinə təşəkkürnamələr təqdim olunub

ADPU-Ağcabədi Filialında “Əlaçı” Tələbələrin Valideynlərinə ünvanlanmış Təşəkkürnamələr Təqdim Olunub 🎓✨
ADPU-nun Ağcabədi filialının direktoru, dosent Mobil Məcidov tərəfindən 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasında yüksək nailiyyətlər əldə edərək “əlaçı” adını qazanan tələbələrin valideynlərinə ünvanlanmış TƏŞƏKKÜRNAMƏLƏR təqdim edilib.
Direktor Mobil Məcidov yüksək bilik nümayiş etdirən tələbələrin uğurunda ailənin rolunu xüsusi vurğulayaraq, savadlı və intizamlı gənclər yetişdirdikləri üçün valideynlərə dərin minnətdarlığını bildirib.
🌟 Bütün tələbələrimizə dərslərində uğurlar, valideynlərinə isə övladlarının nailiyyətləri ilə qürur duymağı arzu edirik!

Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib

5 oktyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Sosial təzyiq və şəxsi seçimlər: Gəncliyin identiklik axtarışları” mövzusunda tədbir keçirilib.
“Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının müəllimi Pərişan Yolçuzadənin rəhbərliyi və TSPX2301B qrupunun təşkilatçılığı ilə baş tutan tədbirdə Sİ2301B qrup tələbəsi Oruc Məmmədov mövzu ilə bağlı təqdimatla çıxış edib. Tədbir çərçivəsində sosial təzyiqin gənclərin identikliyinin formalaşmasına və şəxsi seçim imkanlarına təsiri ətrafında geniş elmi diskussiya aparılıb.

Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialının kollektivi Qəhrəmanlar parkını ziyarət edib

27 Sentyabr 2026-cı il tarixdə ADPU-nun Ağcabədi filialının rəhbərliyi, filialın əməkdaşları və tələbələri Qəhrəmanlar parkına gedərək doğma vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşüb canlarını fəda etmiş, bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış əsgər, zabitlərimiz və bütün şəhidlərimizin xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar.

Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında Anım Günü qeyd olunub

25 sentyabr 2026 -cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Rəhbərlik, müəllim və tələbə heyətinin iştirak etdiyi mərasim Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Çıxışlarda 27 Sentyabrın tariximizə şanlı qəhrəmanlıq səhifəsi kimi yazıldığı vurğulanıb. Qazanılan böyük Zəfərin məhz şəhidlərimizin qanı və canı bahasına əldə olunduğu qeyd edilib, onların xatirəsinin hər zaman qəlblərdə yaşayacağı bildirilib.
Tədbir xüsusi videoçarxın nümayişi ilə başa çatıb.
Şəhidlərimizi ehtiram və qürurla yad edirik! Ruhunuz şad olsun!

Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında tələbələr üçün “Interstellar” filmi nümayiş olunub

24 sentyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında tələbələrin asudə vaxtının səmərəli təşkili məqsədilə film nümayişi keçirilib. “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının müəllimi Pərişan Yolçuzadənin rəhbərliyi,
Təhsildə sosial-psixoloji xidmət ixtisasının III tədris ilinin tələbələri Həqiqət və Səma Abbasovaların təşkilatçılığı ilə baş tutan tədbirin əsas məqsədi tələbələrin mədəni istirahət imkanlarını artırmaq, onların asudə vaxtını maraqlı və faydalı şəkildə keçirməsini təmin etməkdir.
Tədbir çərçivəsində iştirakçılar məşhur “Interstellar” filmini birlikdə izləyiblər. Nümayişin sonunda tələbələr film ətrafında müzakirələr apararaq öz fikir və təəssüratlarını bölüşüblər.

Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında “Orientasiya Günü” keçirilib

22 sentyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında I tədris ilinin tələbələri üçün “Orientasiya Günü” keçirilib.
Tələbələrə akademik xidmət və məzunlarla iş şöbəsinin təşkilatçılığı ilə baş tutan tədbirin əsas məqsədi yeni qəbul olunmuş gəncləri filialın fəaliyyəti, tədris prosesi, tələbə həyatı və universitetdaxili qaydalarla məlumatlandırmaq, həmçinin onların yeni mühitə adaptasiyasını sürətləndirmək olub.
Görüş zamanı tələbələrin sualları ətraflı cavablandırılıb, onlara akademik uğur qazanmaq və universitet həyatına rahat uyğunlaşmaq üçün zəruri tövsiyələr verilib.

Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında 20 Sentyabr – Azərbaycan Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib.
Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə Azərbaycanın dövlət suverenliyinin bərpasının tarixi əhəmiyyəti, milli həmrəyliyin və dövlətçiliyimizin möhkəmləndirilməsinin önəmi vurğulanıb.
🇦🇿 Suverenliyimiz əbədidir, Azərbaycanımız bütövdür!