25 noyabr 2026-cı il tarixində ADPU-nun Ağcabədi filialında Tələbə Elmi Cəmiyyətinin və Sosial iş ixtisası üzrə II tədris ili tələbələrinin təşkilatçılığı ilə Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası çərçivəsində “Qadın – tarixin, cəmiyyətin, gələcəyin səsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə professor-müəllim heyətinin üzvləri və tələbələr iştirak ediblər.
Tədbir çərçivəsində maarifləndirici videoçarx nümayiş etdirilib, gender bərabərliyi və qadın hüquqları mövzusunda debat, həmçinin “Mən kiməm?” adlı interaktiv oyun təşkil olunub. Müzakirələr zamanı qadınların cəmiyyətdəki rolu, hüquqlarının müdafiəsi və gender əsaslı zorakılığın qarşısının alınması yolları ətrafında fikir mübadiləsi aparılıb.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.












