20 noyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Süni intellekt və onun təhsildə tətbiqi” mövzusunda seminar keçirilib.
Seminarın təqdimatçısı filialın Tarix müəllimliyi ixtisası üzrə IV tədris ili tələbəsi Elmir Haqverdiyev olub.
Tədbirdə professor-müəllim heyətinin üzvləri və tələbələr iştirak ediblər.
Seminar zamanı süni intellektin müasir təhsil sistemində rolu, tədris prosesində tətbiq imkanları, üstünlükləri və yaratdığı yeni perspektivlər haqqında ətraflı məlumat verilib. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb və müzakirələr təşkil olunub.
Tədbirin əsas məqsədi tələbələrin müasir texnologiyalar sahəsində biliklərini genişləndirmək, elmi-tədqiqat fəaliyyətinə maraqlarını artırmaq və innovativ düşünmə bacarıqlarını inkişaf etdirmək olub.












