20 noyabr 2026-cı il tarixində ADPU-nun Ağcabədi filialında Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümünə həsr olunmuş “34 il dövlətçilik yolunda: Yeni Azərbaycan Partiyası – tarixdən gələcəyə” mövzusunda tədbir keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimov və Tədris və elmi işlər üzrə direktor müavini, dosent Seymur Süleymanov YAP-ın yaranma tarixi, ölkənin ictimai-siyasi həyatındakı rolu və dövlətçilik ənənələrinin möhkəmləndirilməsindəki fəaliyyəti barədə fikirlərini bölüşüblər.
Sonda partiyanın tarixi inkişaf yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.










