Tədbirlər Xəbərlər
Şərh yoxdu

ADPU-nun Ağcabədi filialında “Tədrisdə psixoloji davamlılıq və neyrointeqrasiya” mövzusunda təlim keçirilib

13 noyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında “Tədrisin idarə olunması” şöbəsinin müdiri, “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının müəllimi Şəbnəm Qinyaz qızı Abbasovanın təşkilatçılığı ilə “Tədrisdə psixoloji davamlılıq və neyrointeqrasiya” mövzusunda təlim təşkil olunub.

Təlim zamanı tədris prosesində psixoloji davamlılığın əhəmiyyəti, neyrointeqrasiyanın öyrənmə prosesinə təsiri və bu sahədə müasir elmi-pedaqoji yanaşmalar barədə ətraflı məlumat verilib.

Daha sonra iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıb, tədrisin keyfiyyətinin yüksəldilməsində psixoloji amillərin rolu və onların praktik tətbiqi ilə bağlı müzakirələrdə iştirak ediblər.

Təlimin əsas məqsədi pedaqoji fəaliyyətin səmərəliliyinin artırılması, psixoloji yanaşmaların tədris prosesinə inteqrasiyası və müasir təlim metodlarının tətbiqinin təşviq olunmasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.