Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında sahibkarlıq yönümlü layihə təqdim olunub.

21 oktyabr 2025-ci il tarixində ADPU-nun Ağcabədi filialında “Sahibkarlıq subyektləri üçün gənc bacarıqların səfərbər edilməsi proqramı” layihəsi çərçivəsində tədbir keçirilib.

Layihə rəhbəri Radə Qafarova proqramın məqsədi və əhəmiyyəti barədə məlumat verib. Bildirilib ki, layihə region gənclərinin bilik və bacarıqlarını artıraraq onları sahibkarlıq və əmək bazarına hazırlamaq məqsədi daşıyır.

Çıxış edən rəsmi şəxslər və sahibkarlar layihənin məşğulluğun artırılması baxımından əhəmiyyətini vurğulayıblar. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Layihə KOBİA-nın qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialı ilə ümumtəhsil məktəbləri arasında əməkdaşlıq çərçivəsində növbəti maarifləndirici tədbir baş tutub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialı ilə ümumtəhsil məktəbləri arasında əməkdaşlıq çərçivəsində növbəti maarifləndirici tədbir baş tutub. Filialın “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının müdiri, p.ü.f.d., baş müəllim…
23 Apr, 2026
0 Comment

İntellektual yarış keçirilib

05.05.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialı Tələbə Gənclər təşkilatının nəzdində fəaliyyət göstərən “intellektual oyunlar” klubunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Zəka və İrs"…
06 May, 2025
0 Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.