Məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə paytaxtda və regionlarda ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələr üçün təcrübə proqramı! “Bir Könüllü” Tələbə Təşkilatı və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə əməkdaşlığı ilə “Təhsildə Könüllülük” təşəbbüsünə start verilir. Təşəbbüs çərçivəsində paytaxda və regionlarda fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə tələbələrinin məktəbəqədər təhsil müəssisələrində (bağçalarda) praktiki fəaliyyətlərə cəlb edilməsi nəzərdə tutulur. Təşəbbüsün əsas məqsədi sözügedən ixtisas üzrə tələbələri resurs imkanlarının məhdud olduğu məktəbəqədər təhsil müəssisələrində aktiv pedoqoji fəaliyyətə cəlb edərək onların sahəvi bilik və bacarığını artırmaq, nəzəriyyə və praktika arasındakı mövcud disbalansın aradan qaldırılmasına çalışmaq, tələbələrə praktiki təcrübə verməklə gələcək kadr hazırlığı prosesinə töhfə vermək və ali və orta ixtisas təhsil müəssisələri ilə məktəbəqədər təhsil müəssisələrinin (bağçaların) uğurlu koordinasiyalı əməkdaşlığını formalaşdırmaqdır. Ətraflı məlumat və müraciət qaydası üçün aşağıdakı keçidə daxil ola bilərsiniz: https://forms.gle/Jzc2QCskYMpfw3CY9 #birkonullu #bir #birkönüllü #AGMA #AzərbaycanGəncMüəllimlərAssosiasiyası #TəhsildəKönüllülük #elmvətəhsilnazirliyi #edugovaz #tələbələr #təhsil #könüllü

Digər xəbərlər
ADPU-nun Ağcabədi filialında Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi və gənclərin vətənpərvərlik tərbiyəsi” mövzusunda Tələbə Elmi Cəmiyyətinin XX konfransı keçirilib
21 may 2026-cı il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi və gənclərin vətənpərvərlik tərbiyəsi” mövzusunda Tələbə…
ADPU-nun Ağcabədi filialında mükafatlandırma tədbiri keçirilib
22 may 2026-cı il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş şeir və inşa müsabiqələrinin qaliblərinin və iştirakçılarının mükafatlandırılması mərasimi…
“Azərbaycanda şəhərsalma və memarlığın inkişafı: tarixdən gələcəyə” mövzusunda elmi-praktik konfrans keçirilib
01 may 2026-cı il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının təşkilati dəstəyilə “Şəhərsalma və memarlıq ili”nə həsr olunmuş “Azərbaycanda şəhərsalma və…



