Tədbirlər Xəbərlər
Şərh yoxdu

22 may 2026-cı il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş şeir və inşa müsabiqələrinin qaliblərinin və iştirakçılarının mükafatlandırılması mərasimi baş tutub. Müsabiqədə yer tutan və fərqlənən tələbələrə Rövşən Abdulla oğlunun imzası ilə ədibin qiymətli kitablarından ibarət hədiyyələr təqdim olunub.

Tədbir çərçivəsində, həmçinin müsabiqələrin yüksək səviyyədə təşkil olunmasında xidmətləri olan “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının müəllimləri Tərlan Əliyeva və Maya Abdullayeva da rəsmi sertifikatlarla təltif ediliblər.

ADPU-nun Ağcabədi filialında Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi və gənclərin vətənpərvərlik tərbiyəsi” mövzusunda Tələbə Elmi Cəmiyyətinin XX konfransı keçirilib

21 may 2026-cı il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi və gənclərin vətənpərvərlik tərbiyəsi” mövzusunda Tələbə…
22 May, 2026
0 Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.