Tədbirlər Xəbərlər

25 sentyabr 2026 -cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Rəhbərlik, müəllim və tələbə heyətinin iştirak etdiyi mərasim Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Çıxışlarda 27 Sentyabrın tariximizə şanlı qəhrəmanlıq səhifəsi kimi yazıldığı vurğulanıb. Qazanılan böyük Zəfərin məhz şəhidlərimizin qanı və canı bahasına əldə olunduğu qeyd edilib, onların xatirəsinin hər zaman qəlblərdə yaşayacağı bildirilib.
Tədbir xüsusi videoçarxın nümayişi ilə başa çatıb.
Şəhidlərimizi ehtiram və qürurla yad edirik! Ruhunuz şad olsun!

ADPU-nun Ağcabədi filialının müəllimi Xudaverdiyeva Sübhanə Vidadi qızı “Microsoft Certified Educator” (MCE) sertifikasiya proqramında 747 bal toplayaraq beynəlxalq sertifikat əldə etmişdir.

10.07.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialının “Pedaqogika,psixologiya və onların tədrisi texnologiyası” kafedrasının müəllimi Xudaverdiyeva Sübhanə Vidadi qızı “Microsoft Certified Educator” (MCE) sertifikasiya proqramında 747 bal toplayaraq beynəlxalq sertifikat əldə etmişdir.…
12 İyl, 2025
0 Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.