Tədbirlər Xəbərlər

ADPU-Ağcabədi Filialında “Əlaçı” Tələbələrin Valideynlərinə ünvanlanmış Təşəkkürnamələr Təqdim Olunub 🎓✨
ADPU-nun Ağcabədi filialının direktoru, dosent Mobil Məcidov tərəfindən 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasında yüksək nailiyyətlər əldə edərək “əlaçı” adını qazanan tələbələrin valideynlərinə ünvanlanmış TƏŞƏKKÜRNAMƏLƏR təqdim edilib.
Direktor Mobil Məcidov yüksək bilik nümayiş etdirən tələbələrin uğurunda ailənin rolunu xüsusi vurğulayaraq, savadlı və intizamlı gənclər yetişdirdikləri üçün valideynlərə dərin minnətdarlığını bildirib.
🌟 Bütün tələbələrimizə dərslərində uğurlar, valideynlərinə isə övladlarının nailiyyətləri ilə qürur duymağı arzu edirik!

ADPU-nun Ağcabədi filialında dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasının 105 illiyinə həsr olunmuş “Lütfi Zadə Azərbaycan elminin dünya elmində parlayan simasıdır” mövzusunda elmi-praktik konfrans keçirilib

11 iyun 2026-cı il tarixdə ADPU-nun Ağcabədi filialında dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasının 105 illiyinə həsr olunmuş “Lütfi Zadə Azərbaycan elminin dünya elmində parlayan simasıdır” mövzusunda elmi-praktik konfrans…
12 İyn, 2026
0 Comment

Şəhid məzunlarımızın ailələri ziyarət olunub

Noyabrın 7-də ADPU-nun Ağcabədi filialının rəhbərliyi 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunlarımızdan  Zərdab rayonunun Hüseynxanlı kəndində yaşayan baş leytenant Abbasov Ağaqardaş İlham oğlunun  və Bərdə rayonu Təhlə kəndində…
07 Noy, 2024
0 Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.