Noyabrın 7-də ADPU-nun Ağcabədi filialının rəhbərliyi 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunlarımızdan Zərdab rayonunun Hüseynxanlı kəndində yaşayan baş leytenant Abbasov Ağaqardaş İlham oğlunun və Bərdə rayonu Təhlə kəndində yaşayan Məmmədli Namiq Ağaməmməd oğlunun ailələrini ziyarət ediblər.
Onlar şəhid məzunların valideynləri ilə söhbət edib. Bildirib ki, universitet müntəzəm olaraq ADPU-nun qəhrəman məzunlarının ailələri ilə sıx təmas saxlayır, şəhidlərimizin xatirələri dərin ehtiramla yad edilir və bu hər zaman da belə olacaqdır.
Şəhid valideynləri onlara göstərilən diqqətə görə razılıqlarını bildiriblər və övladlarının vaxtı ilə təhsil aldığı ADPU-nun Ağcabədi filialını və onun böyük kollektivini özlərinə doğma bildiklərini deyiblər.
Görüş zamanı şəhidlərimizin məzarları ziyarət olunub önünə gül dəstələri qoyulub.
22.04.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialının direktoru dosent Mobil Məcidov tədris təcrübəsinin bitməsi və istehsalat təcrübəsinin başlaması ilə əlaqədar olaraq buraxılış qrup tələbələri ilə görüşüb, tələbələri maraqlandıran suallar ətrafında fikir…
15.12.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialında “Tədrisin İdarə Olunması Şöbəsi” və “Tələbə Elmi Cəmiyyətinin” birgə təşkilatçılığı ilə “XXI əsrin müəllimi: müasir müəllimin kimliyi” mövzusunda iki günlük modul tipli təlimin ikinci…