Tədbirlər

Gənc Tədqiqatçılar Şurasının növbəti iclası keçirilib

Şərh yoxdu

22.04.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialında Gənc Tədqiqatçılar Şurasının növbəti iclası keçirilib.
İclas zamanı gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması, onların təşəbbüslərinin dəstəklənməsi, beynəlxalq və yerli elmi tədbirlərdə iştirak imkanlarının artırılması və eyni zamanda yaxın aylarda keçirilməsi planlaşdırılan elmi seminarlar, tədqiqat müsabiqələri və təlim proqramları barədə təkliflər səsləndirilib, gələcək fəaliyyət planı üzərində birgə müzakirələr aparılıb.

Tədbirlər Xəbərlər

Mobil Məcidov tədris təcrübəsinin bitməsi və istehsalat təcrübəsinin başlaması ilə əlaqədar olaraq buraxılış qrup tələbələri ilə görüşüb

Şərh yoxdu

22.04.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialının direktoru dosent Mobil Məcidov tədris təcrübəsinin bitməsi və istehsalat təcrübəsinin başlaması ilə əlaqədar olaraq buraxılış qrup tələbələri ilə görüşüb, tələbələri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirlər

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” şöbəsinə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı nümayəndələrinin infoturu təşkil olunub

Şərh yoxdu

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” şöbəsinə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı nümayəndələrinin infoturu təşkil olunub. Məlumatlandırma turunda ali təhsil müəssisəsinin bir qrup tələbəsi və pedaqoji heyətinin üzvləri iştirak ediblər.

Tələbələr arasında “Sosial iş” ixtisası üzrə təhsil alan, həssas kateqoriyalara aid şəxslər də yer alıb. İnfotur iştirakçıları şöbənin fəaliyyəti, xidmət istiqamətləri və inklüzivliyin təşviqi istiqamətində görülən işlər, “Könüllü DOST” proqramı barədə məlumatlandırılıblar. Həmçinin onlar müxtəlif yaradıcılıq sahələri üzrə təlim prosesinə qoşulub, bacarıqlarını sınayıblar.

Xəbərlər

Qrup nümayəndələri ilə görüş keçirilib

Şərh yoxdu

11.04.2025-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Fakültə Elmi Şurasının sədri b/m. Xəyyam Bədəlov və Şura katibi Pərişan Yolçuzadənin iştirakı ilə qrup nümayəndələri ilə görüş keçirilib. Görüş zamanı tələbələrin fikir və təklifləri dinlənilmiş, müvafiq məsələlərin həlli ilə bağlı zəruri tapşırıqlar verilib.

Tədbirlər

“Məktəbəqədər təhsil” ixtisasında tədris aparan müəllimlər üçün MOODLE LMS təlimin 5 mərhələli tədrisinin lV mərhələsi baş tutub

Şərh yoxdu

10.04.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialında filialın “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının təşəbbüsü ilə kafedranın müəllimləri Sübhanə Xudaverdiyeva və Şəbnəm Bünyadzadə tərəfindən “Məktəbəqədər təhsil” ixtisasında tədris aparan müəllimlər üçün MOODLE LMS təlimin 5 mərhələli tədrisinin lV mərhələsi baş tutub. Qeyd: Təlim hər həftənin II günü saat 09:30-dan 12:00-dək keçirilir.