Tədbirlər Xəbərlər

10 may Dünya Psixoloqlar Gününə həsr olunmuş maarifləndirici video çarx nümayiş etdirilib.

Şərh yoxdu

07.05.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialında Gənc tədqiqatçılar Şurasının təşkilatçlığı, “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Aygün Əlizadənin rəhbərliyi ilə “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının lll tədris ilinin tələbələri  10 may Dünya Psixoloqlar Gününə həsr olunmuş maarifləndirici video çarx nümayiş etdiriblər.

Tədbirlər Xəbərlər

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü münasibəti ilə konfrans keçirilib

Şərh yoxdu

08.05.2025-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü münasibəti ilə konfrans keçirilib. Konfransda ADPU-nun Ağcabədi filialının dosentləri Məhəmməd Hüseynov və Mahir Səlimov da işrirak ediblər

Tədbirlər Xəbərlər

İntellektual yarış keçirilib

Şərh yoxdu

05.05.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialı Tələbə Gənclər təşkilatının nəzdində fəaliyyət göstərən “intellektual oyunlar” klubunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Zəka və İrs” adlı intellektual yarış keçirilib.

Tədbirlər Xəbərlər

Maarifləndirici görüş keçirilib

Şərh yoxdu

05.05.2025-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti fondu tərəfindən təhsil tələbə krediti barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədi ilə filialın tələbələri ilə maarifləndirici görüş keçirilib.

Tədbirlər Xəbərlər

Dövlət Əmək Müfəttişliyi Xidməti Bərdə şəhərində işəgötürənlər üçün maarifləndirmə tədbiri keçirib

Şərh yoxdu

Dövlət Əmək Müfəttişliyi Xidməti Bərdə şəhərində işəgötürənlər üçün maarifləndirmə tədbiri keçirib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Xidmətin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin təşkilatçılığı ilə Bərdə rayonunda işəgötürənlər üçün “İstirahət vaxtı, məzuniyyət hüququ və onların təmin edilməsi” və “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə region üzrə Nazirliyin strukturuna daxil olan digər qurumların, Bərdə Rayon İcra Hakimiyyətinin və ictimai birliklərin nümayəndələri ilə yanaşı, Şərqi Zəngəzur regional şöbəsinin əhatə etdiyi rayonlardan olan dövlət və özəl sektora aid 25 müəssisə və təşkilatı təmsil edən 70-dək şəxs iştirak edib.

Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında Elmi şuranın növbəti iclası keçirilib

Şərh yoxdu

 

01.05.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialında Elmi şuranın növbəti iclası keçirilib.
İclasda Tədris təcrübəsinin yekunu və istehsalat təcrübəsinin gedişatı, Tələbə elmi cəmiyyətinin konfransına hazırlığın vəziyyəti haqqında, Keyfiyyətin təminatı və İnsan resursları və kargüzarlıq şöbələrinin illik hesabatları və cari məsələlər müzakirə edilib.

 

Tədbirlər

Ağcabədi şəhər C. İbrahimov adına şəhər 8 saylı tam orta məktəbinin 10 və 11-ci sinif şagirdləri ilə görüş baş tutub

Şərh yoxdu

24.04.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialının Tələbə gənclər təşkilatının təşəbbüsü ilə Ağcabədi şəhər C. İbrahimov adına şəhər 8 saylı tam orta məktəbinin 10 və 11-ci sinif şagirdləri ilə görüş baş tutub.
Görüşdə məktəb şagirdlərinə Filial haqqında ətraflı məlumatlar verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

Tədbirlər

Həmidə xanım Cavanşirin Ağcabədi rayonunun Kəhrizli kəndində yerləşən ev muzeyinə səfər ediblər.

Şərh yoxdu

22.04.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialının “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının buraxılış qrup tələbələri filialın “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Sevinc Məhərrəmovanın rəhbərliyi ilə Həmidə xanım Cavanşirin Ağcabədi rayonunun Kəhrizli kəndində yerləşən ev muzeyinə səfər ediblər.