Tədbirlər
27 sentyabr 2024-cü il tarixdə ADPU-nun Ağcabədi filialında ilk dərs saatları Anım  gününə həsr edilib.
Belə ki, Universitet rəhbərliyi, müəllim heyəti və tələbələrin iştirakı ilə Universitetdə Vətən müharibəsi iştirakçılarının şərəfinə yaradılmış guşə ziyarət edilib. Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Universitetin direktoru dosent Mobil Məcidov çıxış edərək Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımızın göstərdikləri şücaətlərdən bəhs edib. Direktor qeyd edib ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordumuzun rəşadəti, xalq və dövlətin sarsılmaz birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazılıb.
 Daha sonra Universitet rəhbərliyi Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə yüksəlmiş şəhid baş leytenant Əvdil Quliyevin qızı Nərmin Quliyevanı ziyarət edib, qayğıları ilə maraqlanıb və öz dəstəyini bir daha ifadə edib.

Təhsilverənlərin sertifikatlaşdırma imtahanında ADPU-nun Ağcabədi filialının “Riyaziyyat və informatika” müəllimliyi” ixtisasının l tədris ilinin tələbələri yüksək bal toplayıblar.

20.06.2025-ci il tarixdə keçirilən Təhsilverənlərin sertifikatlaşdırma imtahanında ADPU-nun Ağcabədi filialının “Riyaziyyat və informatika” müəllimliyi” ixtisasının l tədris ilinin tələbələri İnformatika fənni üzrə Cəfərli Leyla Sevindik qızı 54 bal və Mönsümov…
21 İyn, 2025
0 Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.