Azərbaycan Dövlət Pedaqoji Üniversitesinin Ağcabədi fililalında ” Gənclər üçün pedaqoji karyera planlaması və müasir çağırışlar” mövzusunda panel müzakirə təşkil edilib.
Moderator qismində ADPU-nin Ağcabədi filialının TGT sədri Fəxriyyə Cəfərli, panelistlər qismində isə Yeni Abituriyent Təhsil Mərkəzinin icraçı direktoru Şöyüf Səfərov, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə təhsil sektorunun məsləhətçisi Nərminə Əmirova, Qarabağ Regional Məşğulluq filialının Ağcabədi rayon xidmət şöbəsinin baş mütəxəssisi-karyera məsləhətçisi Zeynal Məmmədov, Gənclər üçün Təhsil Mərkəzində sosial işçi Hökmdar Səfərzadə iştirak edib.
Panel müzakirədə “Təhsil işçiləri üçün müasir karyera perspektivləri: Müəllimlikdən idarəçiliyə”, “Müasir iş bazarının tələbləri və təhsildə yeni bacarıqların inkişaf etdirilməsi”, “Gənclər üçün pedaqoji karyeranın üstünlükləri və çətinlikləri”, “İnklüziv təhsil və sosial işçinin rolu” mövzuları ətrafında bir sıra önəmli fikirlər səsləndirilib. Çıxışların sonunda gənclərin sualları spikerlər tərəfindən cavablandırılıb.
Layihənin məqsədi gənclərin təhsil aldıqları ixtisas barədə məlumatlılığının artırılması, gənclərin karyera planlamasına dəstək göstərilməsi və onların şəbəkələşməsini təmin etməkdir.
18 oktyabr 2024-cü il tarixdə ADPU-nun Ağcabədi filialında “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının təşkilatçılığı ilə “İbtidai sinif müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələr üçün “Fənlərarası inteqrasiya” mövzusunda təlim…
15 oktyabr 2025-ci il tarixində Ağcabədi Rayon İcra Hakimiyyəti və Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ Regional Bölməsinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında maarifləndirici tədbir keçirilib. Tədbirin əsas…
ADPU-nun Ağcabədi filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib 06 may 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında “Pedaqogika, psixologiya və…