Tədbirlər Xəbərlər
Şərh yoxdu

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” şöbəsi tərəfindən maarifləndirici görüş təşkil olunub.

 

Görüşün məqsədi regionda həssas əhali qruplarından olan şəxslərə göstərilən dəstək mexanizmləri barədə məlumatlandırmanın artırılması, eləcə də gənclərin sosial təşəbbüslərə və inklüziv fəaliyyətlərə cəlb edilməsidir. Tədbir zamanı “Könüllü DOST” və “İnklüziv DOST” proqramları haqqında ətraflı təqdimat keçirilib, proqramların məqsədi, iştirak şərtləri və yaratdığı imkanlar barədə məlumat verilib.

 

Mərkəzin məzunu və hazırda Qarabağ “DOST Evi” şöbəsində təlimçi kimi fəaliyyət göstərən Gülnarə Abbasova öz uğur hekayəsini iştirakçılarla bölüşüb. O, Mərkəzdə keçdiyi təlimlərin şəxsi və peşəkar inkişafına verdiyi töhfələrdən, qazandığı bacarıqlardan və əldə etdiyi nailiyyətlərdən bəhs edib.

 

Görüş interaktiv formatda davam edib, tələbələrin sualları cavablandırılıb və inklüziv cəmiyyətin qurulmasında gənclərin fəal iştirakının əhəmiyyəti xüsusi vurğulanıb.

 

Qeyd edək ki, bu kimi maarifləndirici görüşlərin keçirilməsi region gənclərinin məlumatlılığının artırılmasına və inklüziv dəyərlərin təşviqinə xidmət edir.

ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

ADPU-nun Ağcabədi filialında təhsil almaq istəyən abituriyentlərin ixtisas seçiminə köməklik göstərmək məqsədilə filialda "Abituriyentə dəstək Mərkəzi" yaradılmışdır. Abituriyentlər "Elektron ixtisas seçimi ərizəsi"nin doldurulma və təsdiq edilmə qaydası, ixtisas seçimi zamanı…
10 İyl, 2026
0 Comment

Şəhid məzunlarımızın ailələri ziyarət olunub

Noyabrın 7-də ADPU-nun Ağcabədi filialının rəhbərliyi 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunlarımızdan  Zərdab rayonunun Hüseynxanlı kəndində yaşayan baş leytenant Abbasov Ağaqardaş İlham oğlunun  və Bərdə rayonu Təhlə kəndində…
07 Noy, 2024
0 Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.