Elanlar Tədbirlər Xəbərlər
Şərh yoxdu

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Аzərbаycаn Dövlət Pedaqoji Univеrsitеtinin Ağcabədi filialı qeyd olunan kafedralar üzrə vakant müəllim vəzifələrini tutmaq üçün müsabiqə elan edir 

1. Fizika, riyaziyyat, informatika və onların tədrisi texnologiyası kafedrası (riyaziyyat müəllimi, fizika müəllimi);

2. Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrası (İngilis dili müəllimi).

Müsabiqədə elmi-pedaqoji təcrübəyə, müvafiq elmi ad və dərəcələrə malik olan, ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirən magistr elmi ixtisas dərəcəli şəxslər iştirakedə bilərlər.

Müraciət edən namizədlərdən aşağıdakılar tələbolunur:

– kompüterdən (Office proqramları – word, excel, power point, microsoft teams və s.) istifadə bacarığı;

– tədrisin onlayn formada təşkili üzrə bacarıqlar;

– yüksək peşə-ixtisas və mənəvi keyfiyyətlər.

Sənədlər:

-Şəxsiyyəti təsdiq edən sənədin surəti

-Diplom və diploma əlavənin surəti

-Əmək kitabçasının surəti

Sənədlər bu elan qəzеtdə və adpuagcabedi.edu.az saytında dərc olunan gündən 30 gün müddətində elektronqaydada qəbul edilir.

E-poçt: adpu_aqcabedi@mail.ru

            adpu.agcabedi.filiali@adpu.edu.az

Ünvan: AZ-0400.  Ağcabədi şəhəri, Ü.Hacıbəyliprospekti, 210

 

                      DİREKTORLUQ

 

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ilinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanın təhsil siyasəti ” mövzusunda elmi-praktik konfrans keçirilib.

ADPU-nun Ağcabədi filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib 06 may 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında “Pedaqogika, psixologiya və…
06 May, 2026
0 Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.