Tədbirlər Xəbərlər
Şərh yoxdu

Ağcabədidə “Uşaq hüquqları: Birgə müdafiə, ortaq məsuliyyət” mövzusunda panel müzakirə keçirilib.
04.11.2026-cı il tarixində, 20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən Uşaq Hüquqları Aylığı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı, Ağcabədi Regional “ASAN xidmət” Mərkəzi, İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi, Ağcabədi Rayon İcra Hakimiyyəti və Sosial Xidmətlər Agentliyinin Qarabağ Regional filialının birgə əməkdaşlığı ilə panel müzakirə keçirilib.
Tədbir iştirakçıları əvvəlcə uşaqların əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar. Ardınca Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Ombudsman Səbinə Əliyevanın müraciətini əks etdirən videoçarx nümayiş olunub.
Panel müzakirədə aidiyyəti qurumların nümayəndələri uşaq hüquqlarının müdafiəsi, uşaqların zorakılıqdan qorunması, sosial xidmətlərə çıxış, təhsil müəssisələrinin rolu və qurumlararası əməkdaşlığın əhəmiyyəti barədə çıxış ediblər. İştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Sonda vurğulanıb ki, uşaq hüquqlarının müdafiəsi ailənin, cəmiyyətin və bütün aidiyyəti qurumların ortaq məsuliyyətidir.

Xocalı-faciədən doğan intiqam

26.02.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialında Xocalı soyqırımının 33-cü il dönümünə həsr olunmuş “Xocalı-faciədən doğan intiqam” mövzusunda anım tədbiri keçirilib.
26 Fev, 2025
0 Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.