17 mart 2025-ci il tarixdə Ağcabədi şəhər Heydər Əliyev meydanında keçirilən Ümumrayon tədbirində RİH başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, idarə, təşkilat və müəssisələrin kollektivləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Əvvəlcə bayram tonqalı alovlandırıldıqdan sonra tədbir iştirakçıları bayram münasibətilə təşkil edilmiş əl işləri və xalq sənətkarlığı nümunələrindən ibarət sərgi ilə tanış olublar.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov Ağcabədililəri bayram münasibətilə təbrik edərək, onlara can sağlığı, ruzi-bərəkət və firəvanlıq arzulayıb. Sonra Dədə Qorqudla Bahar qızı şənlik iştirakçılarına xoş arzularını çatdırıb, elimizə, obamıza sülh, əmin-amanlıq diləyiblər.
Sonra rayon idmançıları nümunəvi çıxışlar nümayiş etdiriblər.
Bayram tədbiri şən və rəngarəng konsert proqramı ilə davam etmişdir
02 dekabr 2025-ci il tarixində ADPU-nun Ağcabədi filialında Gənc Tədqiqatçılar Şurasının təşkilatçılığı ilə keçirilən 4 həftəlik “Ustad dərsləri”nin üçüncü mərhələsi baş tutub. Bu mərhələdə “İctimai, təbiət fənləri və onların tədrisi…
8 may 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında “Erkən nikah və ifrat dini meyilliliyə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan filialın tərbiyə…