Tədbirlər Xəbərlər
Şərh yoxdu

05–06 noyabr 2026-cı il tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının rəhbərliyi və müəllimləri 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunlarımız – baş leytenant Abbasov Ağaqardaş İlham oğlunun və Məmmədli Namiq Ağaməmməd oğlunun ailələrini ziyarət ediblər.

Ziyarət zamanı şəhidlərimizin ailə üzvləri ilə görüşülüb, onların qayğıları ilə maraqlanılıb, qəhrəman məzunlarımızın əziz xatirəsi dərin ehtiramla yad edilib.

Daha sonra şəhidlərimizin məzarları ziyarət olunub, üzərinə gül dəstələri qoyulub və ruhlarına dualar oxunub.

Qeyd edək ki, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən məzunlarımızın qəhrəmanlığı və şücaəti heç zaman unudulmayacaq, əziz xatirələri daim qəlbimizdə yaşayacaqdır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.