Tədbirlər Xəbərlər
Şərh yoxdu

20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən Uşaq Hüquqları Aylığı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının müəllim və tələbələri Ağcabədi şəhər 2 saylı körpələr evi-uşaq bağçasında olublar.

Görüşün əsas məqsədi uşaqların hüquqlarının təşviqi, onların yaş xüsusiyyətləri nəzərə alınmaqla ilkin maarifləndirmə işinin aparılması, uşaqların sərbəst inkişafı, yaradıcılıq və oyun hüquqlarının dəstəklənməsi, eləcə də uşaqlar üçün xoş və ünsiyyətə əsaslanan mühitin yaradılması olub.

Tədbir çərçivəsində universitetin müəllim və tələbələri tərəfindən uşaqların yaş səviyyəsinə uyğun əyləncəli və maarifləndirici oyunlar təşkil edilib, onlarla müxtəlif interaktiv fəaliyyətlər həyata keçirilib. Uşaqlar da öz növbəsində hazırladıqları maraqlı çıxışları, musiqi və yaradıcılıq nümunələrini təqdim edərək tədbirə xüsusi rəng qatıblar.

Görüş zamanı uşaqların oyun, istirahət, yaradıcılıq və özünüifadə hüquqlarının erkən yaşlardan dəstəklənməsinin əhəmiyyəti vurğulanıb. İştirakçılar bu cür görüşlərin uşaqların sosial ünsiyyət bacarıqlarının inkişafına, özünəinamlarının güclənməsinə və hüquqları barədə ilkin təsəvvürlərinin formalaşmasına verdiyi töhfəni qeyd ediblər.

Səmimi və pozitiv atmosferdə keçən görüş uşaqların sevinc dolu anları, qarşılıqlı ünsiyyət və maraqlı fəaliyyətlərlə yadda qalıb.

ADPU-nun Ağcabədi filialı tərəfindən Uşaq Hüquqları Aylığı çərçivəsində həyata keçirilən bu təşəbbüs uşaqların hüquqlarının təşviqinə, onların hərtərəfli inkişafına və cəmiyyətdə uşaqyönümlü yanaşmanın gücləndirilməsinə yönəlmiş fəaliyyətlərin davamıdır.

“Oriyentasiya Günü”keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında ilk dəfə olaraq ali təhsil müəssisəsinə yeni qəbul olunan tələbələr üçün “Oriyentasiya Günü”keçirilib. Tədbirdə tələbələr universitet həyatı ilə tanış olub, universitet barədə ətraflı  məlumat…
30 Sen, 2024
0 Comment

“Həmkarlar ittifaqı təqaüdü” təqdim edib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ RK) 250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim edib. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv…
04 Mar, 2026
0 Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.