ADPU-nun Ağcabədi filialında Novruz bayramı qeyd edilib Martın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Novruz Bayramı münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.Çıxış edən filialın direktoru Mobil Məcidov iştirakçıları milli adət-ənənələrin daşıyıcısı, xalqımızın sevimli bayramlarından olan Novruz bayramı münasibətilə təbrik edib. Sonra tələbələrin hazırladıqları Novruz süfrələri arasından bir süfrə ən yaxşı Novruz süfrəsi seçilərək “Fəxri Fərman”la təltif edilib. Tədbirin bədii hissəsində tələbələrin hazırladıqları səhnəciklər nümayiş olunub, musiqi və rəqs kompozisiyaları təqdim edilib.Sonda xatirə şəkilləri çəkdirilib.
22.04.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialının “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının buraxılış qrup tələbələri filialın “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Sevinc Məhərrəmovanın rəhbərliyi ilə Həmidə…