Tədbirlər Xəbərlər

26 oktyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında narkomanlığın qarşısının alınması və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri çıxış edərək narkomanlığın cəmiyyətə və insan sağlamlığına vurduğu zərərlər, gənclərin zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzinin təşviqi və maarifləndirmənin əhəmiyyəti barədə məlumat veriblər.

Sonda tələbələr, əhali və uşaqlar arasında narkomanlığın zərərləri və narkotik vasitələrdən istifadənin fəsadları barədə məlumatlandırıcı bukletlər paylanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.