Tədbirlər Xəbərlər
Şərh yoxdu

14 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilmişdir.
Tədbir filialın tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimovun giriş sözü ilə açıq elan olunmuşdur. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Çıxışlarda Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında misilsiz xidmətlərindən geniş bəhs edilmişdir.
Tədbir çərçivəsində tələbələr tərəfindən mövzu ətrafında çıxışlar dinlənilmiş, fikir mübadiləsi aparılmış və Ümummilli Liderin zəngin irsinin gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanmışdır.
Sonda “Heydər Əliyev – dəyərlərimizin xilaskarı” adlı videoçarx izlənilmişdir.

Gənc Tədqiqatçılar Şurasının növbəti iclası keçirilib

22.04.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialında Gənc Tədqiqatçılar Şurasının növbəti iclası keçirilib. İclas zamanı gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması, onların təşəbbüslərinin dəstəklənməsi, beynəlxalq və yerli elmi tədbirlərdə iştirak imkanlarının…
22 Apr, 2025
0 Comment

ADPU-nun Ağcabədi filialının “Tarix və coğrafiya müəllimliyi” ixtisasının məzunları yüksək nəticə toplayıblar.

19.06.2025-ci il tarixdə keçirilən Təhsilverənlərin sertifikatlaşdırma imtahanında ADPU-nun Ağcabədi filialının “Tarix və coğrafiya müəllimliyi” ixtisasının məzunları Coğrafiya fənni üzrə Səlimova Gülşən Mahir qızı maksimum nəticə göstərərək 60 bal, Əliyeva Nərgiz…
19 İyn, 2025
0 Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.