25 noyabr 2026-cı il tarixdə ADPU Ağcabədi filialının könüllüləri Mirzə Fətəli Axundov adına 3 saylı tam orta məktəb-liseyində olublar.
Görüş çərçivəsində 7A sinif şagirdlərinin iştirakı ilə intellektual yarış təşkil edilib. Yarış zamanı şagirdlər bilik və bacarıqlarını, məntiqi təfəkkürlərini, eləcə də komanda şəklində işləmək qabiliyyətlərini nümayiş etdiriblər.
Təşəbbüsün əsas məqsədi məktəblilərin dünyagörüşünü genişləndirmək, onların öyrənməyə marağını artırmaq, sağlam rəqabət mühitini və komanda ruhunu təşviq etmək olub.
Belə görüşlər şagirdlərlə tələbələr arasında əməkdaşlığın möhkəmləndirilməsi, qarşılıqlı bilik və təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bilik paylaşdıqca artır, birlikdə öyrəndikcə inkişaf edirik!









