19 noyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda VI Beynəlxalq Elmi Konfransın açılış mərasimi keçirilib.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan konfrans Quba filialının 35 illik yubileyinə həsr edilib. Tədbirdə Azərbaycan və xarici ölkələrdən alimlər, ali təhsil müəssisələrinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Konfransda ADPU-nun Ağcabədi filialının direktoru, dosent Mobil Məcidov da iştirak edib.
Tədbirdə regionlarda ali təhsilin inkişafı, müasir təhsil texnologiyalarının tətbiqi, elmi tədqiqatlar və beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.















