Tədbirlər Xəbərlər

29 oktyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında YAP üzvləri ilə görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə toxunulub.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi Cavid İsmayılov məruzə ilə çıxış edib. Görüş çərçivəsində ADPU-nun Ağcabədi filialının Ərazi Partiya Təşkilatının sədri Mahir Səlimov, müəllimlər t.ü.f.d., Əlizadə Nəcəfov, p.ü.f.d., Tahir Kərimli və filialın tələbəsi, YAP könüllüsü Susanna Süleymanzadə çıxış ediblər.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.