ətən Müharibəsi şəhidi baş leytenant Əvdil Quliyevin xatirəsi anılıb.
05.09.2024-cü il tarixdə Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə yüksəlmiş şəhid baş leytenant Əvdil Quliyevin xatirəsi ehtiramla anılıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının direktoru dosent Mobil Məcidov, filialın struktur rəhbərləri və filial əməkdaşları Vətən Müharibəsi şəhidi Əvdil Quliyevin ailəsini ziyarət edərək ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar.
Görüşdə qəhrəman şəhidimizin şərəfli döyüş yolundan danışılaraq qeyd olunub ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi hər zaman əziz tutulacaq və bizə zəfər sevinci, qalibiyyət qüruru bəxş edən şəhidlərimizin xatirəsi əbədi yaşayacaqdır.
Dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.
Şəhidimiz baş leytenant Əvdil Quliyev 2020-ci ilin iyul ayında Tovuz hadisələrindən sonra orduya yazılmaq üçün könüllü müraciət edib. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başladıqdan sonra oktyabrın 1-də SHXÇDX-nın Beyləqan rayon şöbəsi tərəfindən xidmətə çağırılıb. O, Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib.
Əvdil Quliyev noyabrın 7-də Şuşakənd istiqamətində gedən döyüşlərdə şəhid olan zabit yoldaşına kömək etmək istəyərkən düşmən tərəfindən açılan snayper atəşi ilə şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Əvdil Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “İgidliyə görə” medallar və “Vətənə xidmətə görə” 3-cü dərəcəli orden ilə təltif edilib.