Xəbərlər
Şərh yoxdu
ADPU-nun Ağcabədi filialında Təhsildə sosial-psixoloji xidmət istiqaməti üzrə panel müzakirə təşkil edilib.
İlk olaraq ADPU-nun Ağcabədi filialının Təlim-Tərbiyə işləri üzrə direktor müavini Mahir Səlimov çıxış edərək, gənclər üçün təşkil edilən bu layihənin vacibliyini vurğulayıb.
Daha sonra panel müzakirələr başlayıb və panelistlər Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Ülkər Kərimova, Qarabağ Regional Məşğulluq Filialı Ağcabədi rayon xidmət şöbəsi baş mütəxəssisi Zeynal Məmmədov, Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, d.v.i.e. Fazil Cəfərov və Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə təhsil sektorunun məsləhətçisi Nərminə Əmirova çıxış edib. Sonda auditoriyanın sualları cavablandırılıb.

III Təhsil Menecerləri Forumu keçirilib.

Dekabrın 20-də Azərbaycan Dövlət İqtisad Universiteti və Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə Bakıda III Təhsil Menecerləri Forumu keçirilib. Formda ADPU-nun Ağcabədi filialının əməkdaşları və tələbələri də iştirak ediblər. Qeyd edək…
21 Dek, 2025
0 Comment

“Həmkarlar ittifaqı təqaüdü” təqdim edib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ RK) 250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim edib. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv…
04 Mar, 2026
0 Comment

ADPU-nun Ağcabədi filialında Azərbaycan poeziyasının fəxri, xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

26 may 2026-cı il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Azərbaycanın xalq şairi Səməd Vurğunun anadan olmasının 120-ci ilinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.  “Ayrılarmı könül candan” mövzusunda təşkil…
26 May, 2026
0 Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.