Tədbirlər Xəbərlər
Şərh yoxdu

29 may 2024-cü il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda Tələbə Elmi Cəmiyyətinin XVIII konfransı keçirildi.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra Ulu Öndərimiz Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildi.

Konfransın plenar iclasını giriş sözü ilə açan filialın Tədris və elmi işlər üzrə direktor müavini dosent Seymur Süleymanov konfrans iştirakçılarını salamladıqdan sonra, ADPU-nun Ağcabədi filialında həyata keçirilən tədbirlərin davamı olaraq “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda keçirilən Tələbə Elmi Cəmiyyətinin XVIII konfransının filial tələbələrinin yaradıcılıq potensialının artırılmasına xidmət baxımından böyük əhəmiyyət kəsb etməsindən danışdı. 

Sonra məruzələr dinlənildi.

“Heydər Əliyevin Azərbayacanda elm və təhsil siyasəti” mövzusunda məruzə edən filialın tədris və elmi işlər üzrə direktor müavini, dosent Seymur Süleymanov Ulu Öndərin siyasi hakimiyyət illərində Azərbaycan təhsili və elminə ayırdığı diqqət və qayğıdan danışdı. Azərbaycan elminin bugünkü nailiyyətlərində Heydər Əliyev əməyinin xüsusi rolunun olduğunu bildirdi.

“Heydər Əliyevin İKT siyasəti müasir mərhələdə” mövzusunda məruzə edən filialın Tələbə Elmi Cəmiyyətinin sədri Səbuhi Quliyev ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr nəticəsində cəmiyyətdə gənclərin qarşılaşdığı problemlər və onların həlli istiqamətində uzaqgörən siyasətçi və dövlət başçısı Heydər Əliyevin misilsiz xidmətlərindən danışdı.

Qeyd etdi ki, bu gün ölkəmizdə gənc nəsilin əsl şəxsiyyət kimi yetişdirilməsi sahəsində aparılan işlər öz istiqamətini Heydər Əliyev siyasətindən alır. Bünövrəsi Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini yüksək şəkildə doğruldurlar.

TEC-in sədri Səbuhi Quliyev cari tədris ilində filialın müvafiq kafedraları üzrə aparılan tələbə elmi-tədqiqat işlərinin mövzu aktuallığı və yüksək araşdırma səviyyəsi barədə də konfrans iştirakçılarını məlumatlandırdı.

Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirdi. “Fizika, Riyaziyyat və İnformatika”, “İctimai və təbiət elmləri”, “Pedaqogika və psixologiya”, “Dillər və ədəbiyyat” bölmələri üzrə aparılan elmi-tədqiqat işlərinin müdafiə prosesində bölmələr üzrə layiqli namizədlər müəyyənləşdirildi.

Sonda konfransın iştirakçıları fəxri diplom və sertifikatlarla təltif edildilər.

ilk dərs saatları Anım gününə həsr edilib.

27 sentyabr 2024-cü il tarixdə ADPU-nun Ağcabədi filialında ilk dərs saatları Anım  gününə həsr edilib. Belə ki, Universitet rəhbərliyi, müəllim heyəti və tələbələrin iştirakı ilə Universitetdə Vətən müharibəsi iştirakçılarının şərəfinə…
28 Sen, 2024
0 Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.