Elmi Konfranslar Xəbərlər
Şərh yoxdu

16 dekabr 2022-ci il tarixdə ADPU-nun Ağcabədi filialında İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr olunmuş “Azərbaycan pedaqoji fikir tarixində İrəvan Müəllimlər Seminariyasının rolu” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə açan filialın direktoru dosent Mobil Məcidov İrəvan Müəllimlər Seminariyasının əzəli türk torpaqları olan İrəvan xanlığı ərazisində maarifçiliyin inkişafında əvəzsiz xidmətlərindən danışdı. Bildirdi ki, bu seminariyanın məzunları təkcə Azərbaycan elmi, ədəbiyyatı və mədəniyyətinə deyil, ümumilikdə dünya elminə yüksək töhfələr verib. Təkcə akademik Mustafa bəy Topçubaşovu xatırlatmaq yetərlidir ki, seminariyanın dünya elminə necə yüksək xidmət göstərdiyi aydın olsun. 

İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsinin tarixi əhəmiyyətindən danışan dosent Mobil Məcidov, bu təhsil ocağının tarixi varlığını çar Rusiyası dövründə İrəvan quberniyası ərazisində Azərbaycan türklərinin mədəni irsinin mövcudluğunu təsdiqləyən fakt kimi dəyərləndirdi. İrəvan Müəllimlər Seminariyasının varlığı sübut edir ki, Azərbaycan türklərinin əzəli torpaqları, dədə-baba yurdu olan Qərbi Azərbaycanda köklü, əsaslı maarifçilik, elm, təhsil və  mədəniyyət inkişaf etmişdir.

Sonra İrəvan Müəllimlər Seminariyasının fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi. Söz məruzəçilərə verildi.

Filialın “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Tahir Kərimlinin “Azərbaycan pedaqoji fikir tarixində İrəvan Müəllimlər Seminariyasının rolu”, həmin kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfovun “İrəvan Müəllimlər Seminariyasının Azərbaycanlı müəllim və məzunları”, filialın Tədris və elmi işlər üzrə direktor müavini, dosent Seymur Süleymanovun “Azərbaycanlı müəllim kadrlarının hazırlanmasında İrəvan Müəllimlər Seminariyasının rolu”, filialın Tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimovun “İrəvan Müəllimlər Seminariyasinın Cənubi  Qafqazda maarifçiliyin  inkişafında rolu”, filialın “Keyfiyyətin təminatı” şöbəsinin müdiri, “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Qərənfil Rzayevanın “İrəvan pedaqoji mühiti” və filialın “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Anar Kərimlinin “XIX əsrin sonu – XX əsrin əvvəllərində İrəvanda kitab nəşri, məktəbdarlıq və tanınmış Azərbaycan ziyalıları” mövzusunda məruzələri dinlənildi.

Sonra məruzələr ətrafında çıxışlar oldu, müzakirələr aparıldı. Konfransın sonunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Fərrux Rüstəmovun hazırladığı “İrəvan Müəllimlər Seminariyası və onun məzunları” kitabının təqdimat mərasimi keçirildi. Kitabın əhəmiyyətindən danışan çıxışçılar belə tədqiqat işlərinin pedaqoji fikir tariximiz üçün zəruri olduğunu və bir zamanlar Cənubi Qafqazın intellektual mərkəzi olan İrəvan şəhərinin tarixinin araşdırılmasında müstəsna rol oynadığını diqqətə çatdırıblar.

ADPU-nun Ağcabədi filialının Tələbə Gənclər Təşkilatı şəhid Cəmaləddin Məmmədovun ailəsini ziyarət edib.

ADPU-nun Ağcabədi filialının Tələbə Gənclər Təşkilatı şəhid Cəmaləddin Məmmədovun ailəsini ziyarət edib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının Tələbə Gənclər Təşkilatının nümayəndələri Vətən müharibəsi şəhidi Cəmaləddin Türbəndə oğlu Məmmədovun ailəsini…
06 Noy, 2025
0 Comment

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” şöbəsi tərəfindən maarifləndirici görüş təşkil olunub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” şöbəsi tərəfindən maarifləndirici görüş təşkil olunub.   Görüşün məqsədi regionda həssas əhali qruplarından olan şəxslərə…
21 Fev, 2026
0 Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.