Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialının müəllimi tərəfindən ixtisasartırma təlimi keçirilib

ADPU-nun Ağcabədi filialının müəllimi Nərmin Həsənova tərəfindən ixtisasartırma təlimi keçirilib
26–30 oktyabr 2026-cı il tarixlərində Ağcabədi şəhər Şirin Hüseynov adına 2 nömrəli tam orta məktəbdə “Sosial-emosional öyrənmə mühitinin təşkili” mövzusunda 5 günlük ixtisasartırma təlimi keçirilib.
Təlimin təlimçisi ADPU-nun Ağcabədi filialının müəllimi Həsənova İbayzadə Nərmin olub. Təlimdə məktəb psixoloqları və uşaq birliyi təşkilatı rəhbərləri iştirak ediblər.

Təlim çərçivəsində sosial-emosional inkişaf, psixoloji qiymətləndirmə və diaqnostika, eləcə də psixodiaqnostik metodikaların tətbiqi ilə bağlı nəzəri və praktiki biliklər təqdim olunub.

Tədbirlər Xəbərlər

ADPU Ağcabədi filialının tələbələri STEAM üzrə beynəlxalq sertifikat əldə ediblər

Böyük uğurlar kiçik addımlardan başlayır!

28–30 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının tələbələri Coursera platforması vasitəsilə STEAM sahəsində beynəlxalq təlimlərdə iştirak edərək sertifikat əldə ediblər.

Hər bir gəncin daxilində böyük potensial var. Əsas məsələ bu potensialı üzə çıxarmaq, öyrənməyə həvəsləndirmək və yeni imkanlara doğru addımlamaqdır.

Tələbələrimizin bu uğuru onların öyrənməyə olan marağının, əzminin və gələcəyə yönəlmiş addımlarının göstəricisidir.

 

Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında YAP üzvləri ilə görüş keçirilib.

29 oktyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında YAP üzvləri ilə görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə toxunulub.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi Cavid İsmayılov məruzə ilə çıxış edib. Görüş çərçivəsində ADPU-nun Ağcabədi filialının Ərazi Partiya Təşkilatının sədri Mahir Səlimov, müəllimlər t.ü.f.d., Əlizadə Nəcəfov, p.ü.f.d., Tahir Kərimli və filialın tələbəsi, YAP könüllüsü Susanna Süleymanzadə çıxış ediblər.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında narkomanlığa qarşı maarifləndirmə tədbiri keçirilib

26 oktyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında narkomanlığın qarşısının alınması və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri çıxış edərək narkomanlığın cəmiyyətə və insan sağlamlığına vurduğu zərərlər, gənclərin zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzinin təşviqi və maarifləndirmənin əhəmiyyəti barədə məlumat veriblər.

Sonda tələbələr, əhali və uşaqlar arasında narkomanlığın zərərləri və narkotik vasitələrdən istifadənin fəsadları barədə məlumatlandırıcı bukletlər paylanılıb.

Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında psixoloji mövzuda seminar keçirilib

27 oktyabr 2026-cı il tarixində ADPU-nun Ağcabədi filialında Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı, Si2401B qrup tələbələrinin və TSPX2301B qrup tələbəsi Novruzova Familənin təşəbbüsü ilə “Səni kim idarə edir? Sosial münasibətlərdə psixoloji təsirlər və insan davranışının sirləri” mövzusunda seminar keçirilib.

Seminarda insan psixologiyası, empatiya, motivasiya, manipulyasiya, narsistik davranış və liderlik mövzularına toxunulub. Tələbələrin hazırladığı videoçarx nümayiş etdirilib, debat oyunu təşkil olunaraq maraqlı müzakirələr aparılıb.

Seminarın təşkilində və təqdimatında fəallığı ilə seçilən Novruzova Familə təltif olunub.

 


Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialı ilə “Qüsursuz Nitq Psixologiya Mərkəzi” arasında əməkdaşlıq sənədi imzalanıb

23.10.2026-cı il tarixdə ADPU-nun Ağcabədi filialı ilə “Qüsursuz Nitq Psixologiya Mərkəzi”nin Ağcabədi filialı arasında birgə əməkdaşlığa dair sənəd imzalanıb.

Görüşdə mərkəzin rəhbəri Esmira Qafarova mərkəzin fəaliyyəti və gördüyü işlər barədə ətraflı məlumat verib. Tərəflər gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Tədbirlər Xəbərlər

ADPU Ağcabədi filialında kvaternionlara dair seminar keçirilib

23.10.2026-cı il tarixində ADPU-nun Ağcabədi filialında Fizika, riyaziyyat, informatika və onların tədrisi texnologiyası kafedrasının təşkilatçılığı ilə “Kvaternionlar və onların tətbiqləri” mövzusunda elmi-innovativ seminar keçirilib.

Seminarda filialın direktor müavini dosent Seymur Süleymanov, kafedranın müəllimləri və müvafiq ixtisaslarda təhsil alan tələbələr iştirak ediblər.

Kafedranın dosenti Sahib Zeynalov mövzu ilə bağlı ətraflı məlumat verib. Daha sonra iştirakçılar arasında fikir mübadiləsi aparılıb, müəllimlər öz mülahizə və təkliflərini səsləndiriblər. Seminar fəal müzakirələrlə yekunlaşıb.