Tədbirlər Xəbərlər
Şərh yoxdu

20 noyabr 2026-cı il tarixində ADPU-nun Ağcabədi filialında ADPU könüllülərinin və “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının müəllimi, Tələbə Elmi Cəmiyyətinin sədri Sevinc Mirzəyevanın təşkilatçılığı ilə tələbələr üçün “Hıçqırıq” filminin nümayişi keçirilib.

Film nümayişindən sonra tələbələrlə mövzu ətrafında müzakirələr aparılıb. Müzakirələrdə inklüziv təhsilin cəmiyyətdə rolu və əhəmiyyəti, fərqli xüsusiyyətlərə malik insanların sosial inteqrasiyası, bərabər imkanların yaradılması kimi məsələlər diqqət mərkəzində olub.

Tələbələr film haqqında öz fikir və düşüncələrini bölüşərək mövzu ilə bağlı maraqlı mülahizələr səsləndiriblər.

Tədbirin əsas məqsədi tələbələrin inklüziv təhsil sahəsində məlumatlılığını artırmaq, onlarda empatiya, sosial məsuliyyət və fərqliliklərə hörmət kimi dəyərləri formalaşdırmaq və təşviq etmək olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.