ADPU-nun Ağcabədi filialında “Akademik yazı: elmi düşüncədən tədqiqat mətninə” mövzusunda təlim keçirilib
12 noyabr 2026-cı il tarixində ADPU-nun Ağcabədi filialında Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Akademik yazı: elmi düşüncədən tədqiqat mətninə” mövzusunda təlim keçirilib.
Təlim filialın “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının müəllimi Abdullayeva Maya Ağamirzə qızı tərəfindən aparılıb.
Təlimdə akademik yazının əsas prinsipləri, elmi düşüncənin formalaşdırılması, tədqiqat mövzusunun seçilməsi və elmi mətnin hazırlanması qaydaları haqqında məlumat verilib. Tələbələr mövzu ətrafında müzakirələrdə fəal iştirak edərək fikir mübadiləsi aparıblar.
Tədbirin məqsədi tələbələrin elmi-tədqiqat bacarıqlarını və akademik yazı vərdişlərini inkişaf etdirmək, elmi fəaliyyətə maraqlarını artırmaq olub.








